Qaynar xətt:

(+99450) 247 90 86

Qubada yük və minik avtomobilləri toqquşdu 

Qubada yük və minik avtomobilləri toqquşdu 

CƏMİYYƏT

68

17.08.2026, 20:56

Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 Oxu24.com xəbər verir ki, hadisə avqustun 17-si saat 14 radələrində Bakı–Quba yolunun rayonun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.