Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkədə heyvanlara zərər verənlər 2,7 milyon dollar cərimələnə bilər

Bu ölkədə heyvanlara zərər verənlər 2,7 milyon dollar cərimələnə bilər

DÜNYA

66

10.08.2026, 10:45

Səudiyyə Ərəbistanında heyvanlara qarşı zorakılıq və qəddar rəftarla bağlı cəzalar sərtləşdirilib. Yeni qaydalara əsasən, heyvanlara qəsdən zərər vuran şəxslər böyük məbləğdə cərimə və uzunmüddətli həbs cəzası ilə üzləşə bilərlər.

Oxu24.com xəbər verir ki, yeni qaydalara əsasən, heyvanlara qarşı zorakılıqla bağlı pozuntulara görə cərimənin məbləği 2,7 milyon dollara qədər yüksələ bilər. Bundan əlavə, təqsirli bilinən şəxslər 5 ilədək həbs cəzası ala bilərlər.

Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi heyvanların qəddar rəftardan qorunması və onların rifahına münasibətdə məsuliyyətin artırılmasıdır.

Qaydalar heyvanlara qəsdən zərər vurulmasına qarşı daha ciddi hüquqi mexanizmlərin tətbiqini nəzərdə tutur. Bununla da heyvanların təhlükəsizliyinin təmin edilməsi və onlara qarşı humanist münasibətin təşviqi hədəflənir.

Heyvan hüquqları ilə bağlı məsuliyyətin artırılması son illərdə bir sıra ölkələrdə hüquqi tənzimləmələrin sərtləşdirilməsi ilə müşayiət olunur.