Makron: Yaxın günlərdə bütün nümayişlərin keçirilməsinə qadağa qoyulub
22 Oktyabr 2026, 15:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
287
02.08.2026, 13:23
ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub.
İsrailin N12 telekanalı xəbər verir ki, Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinə səbəb olan əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında qətərli vasitəçilər və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub.
Təklif Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı nəzərdə tutur.
Təklifə əsasən, Hörmüz boğazı vasitəsilə körfəzə daxil olan gəmilər İranın dəniz məkanından, körfəzdən çıxan gəmilər isə Omanın dəniz məkanından hərəkət edəcəklər.
Məlumata görə, Oman da bu təklifə razılıq verib. Bununla yanaşı, Maskat Tehrandan Abbas Əraqçinin razılığının İran İnqilab Keşikçiləri Korpusunun da mövqeyini əks etdirib-etdirmədiyinə dair aydınlıq gətirilməsini istəyib.
Bundan əlavə, iki yüksək vəzifəli ABŞ rəsmisi və danışıqların təfərrüatına bələd olan digər mənbənin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman şənbə günü ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq onun İrana qarşı genişmiqyaslı hücum planından narahatlığını ifadə edib.
Həmçinin gecə saatlarında Qətər və Pakistan da daxil olmaqla vasitəçi ölkələrin rəsmilərinin münaqişənin yenidən genişlənməsinin qarşısını almaq üçün fəal diplomatik səylər göstərdiyi barədə məlumat yayılıb. Bildirilib ki, onlar İran və ABŞ rəsmiləri, o cümlədən Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar aparıblar.
16:05 / 22 Oktyabr 2026
4
16:03 / 22 Oktyabr 2026
22
15:55 / 22 Oktyabr 2026
41
15:44 / 22 Oktyabr 2026
168
15:41 / 22 Oktyabr 2026
54
15:35 / 22 Oktyabr 2026
54
15:27 / 22 Oktyabr 2026
58
15:11 / 22 Oktyabr 2026
58
15:07 / 22 Oktyabr 2026
325
15:05 / 22 Oktyabr 2026
92
15:04 / 22 Oktyabr 2026
156
14:59 / 22 Oktyabr 2026
64
14:40 / 22 Oktyabr 2026
77
14:36 / 22 Oktyabr 2026
250
14:30 / 22 Oktyabr 2026
111
14:30 / 22 Oktyabr 2026
95
14:08 / 22 Oktyabr 2026
91
14:02 / 22 Oktyabr 2026
709
14:00 / 22 Oktyabr 2026
87
13:59 / 22 Oktyabr 2026
165
13:49 / 22 Oktyabr 2026
71
13:43 / 22 Oktyabr 2026
70
13:40 / 22 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.