Bal niyə illərlə xarab olmur? - SİRR AÇILDI
11 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
218
22.10.2026, 15:27
Cərrahi əməliyyatdan sonrakı ilk günlər sağalma prosesində ən həssas dövr hesab olunur. Bu mərhələdə xəstələrin çoxu ağrını azaltmaq üçün evdə mövcud olan ağrıkəsicilərə müraciət edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, hər ağrıkəsici əməliyyatdan sonrakı dövrdə təhlükəsiz deyil. Yanlış seçilmiş dərman qanaxma riskini artıra, sağalma prosesini çətinləşdirə və əlavə fəsadlara yol aça bilər. Bəs əməliyyatdan sonra hansı ağrıkəsicilərdən, hansı vaxt istifadə etmək olar?
LOR cərrah Mehrdad Yaveri mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında əməliyyatdan sonra ağrıkəsici dərmanların qəbulu qaydasını izah edib. O bildirib ki, əməliyyatdan sonrakı ilk 2 gündə ağrıları aradan qaldırmaq üçün yalnız və yalnız parasetamol tərkibli tabletlərdən istifadə etmək olar.
Cərrah vurğulayıb ki, dərmanın dozası xəstənin yaşına və çəkisinə uyğun olaraq müəyyən edilməlidir və bu məsələdə özbaşına qərar verməmək lazımdır.
Mütəxəssisin sözlərinə görə, ibuprofen tərkibli dərmanlar əməliyyatdan sonrakı ilk 2 gündə qəti şəkildə qadağandır. Bura ketoprofen, naproksen, nurofen və bu qrupa daxil olan digər preparatlar aiddir.
Həkim izah edib ki, bu dərmanlar qanı durultmaq xüsusiyyətinə malikdir və qanaxma riskini artırır. Əməliyyatdan sonrakı ilk günlərdə isə əməliyyat nahiyəsində qanaxma ehtimalı ən yüksək olur. Buna görə də bu dövrdə qanı durultan preparatların qəbulu xəstənin vəziyyətini ağırlaşdıra və təcili tibbi müdaxilə tələb edən fəsadlara səbəb ola bilər.
M.Yaveri qeyd edib ki, qeyri-steroid iltihabəleyhinə dərmanlar qrupuna aid olan preparatlardan, o cümlədən nurofen və ketoprofendən ancaq əməliyyatın 3-cü günündən etibarən istifadə etmək olar.
Onun sözlərinə görə, bu dərmanlar həm ağrını azaltmaq, həm də iltihabı sakitləşdirmək baxımından təsirli hesab edilir, lakin onların vaxtından əvvəl qəbulu yaxşılıq əvəzinə ziyan gətirə bilər. Cərrah xəstələrə bu müddətə ciddi riayət etməyi tövsiyə edib.
Cərrah əlavə edib ki, əməliyyatdan sonra ağrıkəsici seçərkən xəstələr yalnız öz hisslərinə və ya yaxınlarının məsləhətlərinə əsaslanmamalıdırlar. Onun fikrincə, bir çox hallarda insanlar “ağrı keçsin” deyə əlində olan ilk dərmanı qəbul edir, bu isə gözlənilməz nəticələrə yol aça bilər. Xüsusilə əməliyyatdan sonra qanaxma riski yüksək olan xəstələr üçün dərmanların düzgün seçilməsi həyati əhəmiyyət daşıyır.
M.Yaveri vətəndaşlara tövsiyə edib ki, əməliyyatdan sonra istifadə ediləcək dərmanlar barədə əməliyyatı aparan həkimlə əvvəlcədən məsləhətləşsinlər. Onun sözlərinə görə, hər xəstənin sağlamlıq vəziyyəti, qəbul etdiyi digər dərmanlar və əməliyyatın xarakteri fərqli ola bilər, buna görə də ağrıkəsici barədə yekun qərarı müalicə edən həkim verməlidir. Ağrı güclənərsə, əməliyyat nahiyəsində qanaxma, şişkinlik və ya digər qeyri-adi əlamətlər yaranarsa, gecikmədən həkimə müraciət etmək lazımdır.
Cərrah vurğulayıb ki, düzgün ağrıkəsici rejiminə əməl etmək həm xəstənin əməliyyatdan sonrakı dövrü daha rahat keçirməsinə, həm də sağalma prosesinin fəsadsız başa çatmasına kömək edir.
Jalə
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.