Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-nin Komitəsində qəbul edilib
11 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1252
22.10.2026, 12:59
Azərbaycan-Türkiyə qardaşlığı hədəfdə idi? Ekspertdən diqqətçəkən AÇIQLAMA
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək dövlət müstəqilliyimizin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini çatdırıb və dövlət başçısını Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Bu telefon danışığı son dövrlər müəyyən təxribatçı çevrələrin iki qardaş ölkə arasındakı münasibətləri gərginləşdirmək cəhdlərinə tutarlı bir cavab oldu.
Hər iki liderin təmasları Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının sarsılmazlığını və heç bir kənar təsirə məruz qalmadığını növbəti dəfə nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatında dönəm sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi fonunda bu zirvə görüşü regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın daha yüksək mərhələyə qaldırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
İki ölkə arasında nümayiş etdirilən bu siyasi iradə Türk dünyasında birliyin və strateji hədəflərin reallaşmasını daha da sürətləndirəcək. Bakı və Ankara arasında sarsılmaz işbirliyi regionda sülhün, sabitiyin və inkişafın əsas zəmanəti olaraq qalmaqdadır.
Taleh Əliyev: "Azərbaycan-Türkiyə münasibətləri heç bir risklə üz-üzə deyil, qardaşlıq əlaqələrimiz daha da möhkəmlənəcək"
Siyasi şərhçi Taleh Əliyev Azərbaycan və Türkiyə liderlərinin son telefon danışığı, iki ölkə arasında mövcud münasibətlər və regionda baş verən proseslərlə bağlı Oxu24.com-a açıqlama verib.
Şərhçi bildirib ki, oktyabr ayı ərzində həm Azərbaycanda, həm də Türkiyədə təxribatçı çevrələr tərəfindən dövlətlərarası münasibətləri gərginləşdirmək istiqamətində kifayət qədər fəaliyyət həyata keçirilib:
"Başqa paytaxtlara bağlı olan "beşinci kolon" təmsilçilərinin iftiraları, uydurmaları və qərəzləri hər iki cəmiyyəti və milli düşüncə adamlarını ciddi sürətdə narahat etməklə yanaşı, həm də bu prosesə qarşı bir səfərbərlik yaratdı”.
Onun sözlərinə görə, qardaş Türkiyədən də, Azərbaycanın özündən də xeyli sayda fikir adamlarının Azərbaycan-Türkiyə qardaşlığının daimi və təminatsız olması ilə bağlı vaxtaşırı bəyanatlar eşitdik. Amma həmin o məlum təxribatçı çevrələr daha təşkilatlanmış, daha mürtəce və hadisələrə həm də bir şəbəkə tərəfindən təşkil edilmiş hücum kampaniyası apardıqlarına görə, daha çox belə bir təəssürat və bir ngarançılıq yaranırdı ki, dövlətlərarsi münasibətlər bundan sonra əvvəlki kimi olmaya bilər.
Lakin siyasi şərhçi qeyd edib ki, Azərbaycanla Türkiyənin strateji maraqları baxımından bu iddialar heç vaxt real bir perspektiv vət etməyib və yaşayan səssizlik əslində bir fikir ayrılığı deyil, pozucu qüvvələrin və onların arxasında duran mərkəzlərin aşkar olunması üçün bir dövlət siyasəti idi:
"Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi, Azərbaycan xalqını müstəqilliyin 35-ci ildönümü münasibətilə bir daha təbrik etməsi, həmçinin Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət etməsi bir daha göstərdi ki, dövlətlərarası münasibətlər heç bir zədə, heç bir risklə üz-üzə deyil. Sadəcə, bəlkə də hər iki tərəfdən bu üçhəftəlik sakitlik ortalıqda olan pozucu qüvvələrin kimliyinin müəyyənləşdirilməsi, axtarılması və onların arxasında duran məhkəməli planlar quran mərkəzlərin aşkar olunması üçün də bir dövlət siyasəti olub".
Taleh Əliyev vurğulayıb ki, növbəti mərhələdə Azərbaycan və Türkiyənin həm ikitərəfli müstəvidə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla digər regional və beynəlxalq təşkilatlar platformasında birgə hədəflərə inamla və uğurla irəlilədiyinin şahidi olacağıq:
"Azərbaycan-Türkiyə münasibətləri dünyada bənzəri olmayan iki dost, iki müttəfiq ölkə münasibətləridir və bu münasibətlərin bundan sonra da əvvəldən sağlam qoyulmuş təməllər üzərində daha da möhkəmlənəcəyinin, daha da inkişaf edəcəyinin şahidi olacağıq".
Çimnaz Telmanqızı
15:31 / 11 Noyabr 2026
1
15:27 / 11 Noyabr 2026
29
15:13 / 11 Noyabr 2026
56
15:07 / 11 Noyabr 2026
84
14:51 / 11 Noyabr 2026
92
14:43 / 11 Noyabr 2026
130
14:39 / 11 Noyabr 2026
128
14:36 / 11 Noyabr 2026
88
14:26 / 11 Noyabr 2026
209
14:13 / 11 Noyabr 2026
601
13:58 / 11 Noyabr 2026
262
13:54 / 11 Noyabr 2026
504
13:48 / 11 Noyabr 2026
144
13:44 / 11 Noyabr 2026
192
13:41 / 11 Noyabr 2026
105
13:33 / 11 Noyabr 2026
252
13:27 / 11 Noyabr 2026
169
13:19 / 11 Noyabr 2026
100
13:13 / 11 Noyabr 2026
106
12:57 / 11 Noyabr 2026
172
12:54 / 11 Noyabr 2026
178
12:48 / 11 Noyabr 2026
132
12:44 / 11 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.