DSX əməliyyat keçirib
11 Noyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
279
22.10.2026, 14:08
Gəncədə 25 yaşlı gənci 7 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Murad Hacıyevin cinayət işinin bəzi detalları məlum olub.
Oxu24.com "Unikal"a istinadla xəbər verir ki, istintaqla müəyyən edilib ki, Murad Yusif oğlu Hacıyev 2026-ci il fevralın 2-də idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Gəncə şəhəri, Şahsevənlər küçəsində Röyal Məmmədovun sürdüyü VAZ-2107 avtomobilini saxlamasını tələb edib. Saat 23 radələrində M.Müşfiq küçəsində Röyal Məmmədov avtomobilinin qarşısını kəsib.
Daha sonra Murad Röyalın üzərinə gəlib, onu yerə yıxaraq əl və ayaq zərbələri ilə üz nahiyəsinə zərbələr endirib. Murad üzərində olan ümumi təyinatlı turist bıçağı ilə Röyal Məmmədova alın nahiyəsinə, döş qəfəsinə və bədənin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Bununla da, Murad Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə araşdırılır.
Xatırladaq ki, mərhum Röyal Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdəki şücaətinə görə medallarla təltif edilib.
16:35 / 11 Noyabr 2026
46
16:07 / 11 Noyabr 2026
82
16:04 / 11 Noyabr 2026
151
16:01 / 11 Noyabr 2026
85
16:00 / 11 Noyabr 2026
61
15:50 / 11 Noyabr 2026
75
15:50 / 11 Noyabr 2026
85
15:40 / 11 Noyabr 2026
71
15:31 / 11 Noyabr 2026
343
15:27 / 11 Noyabr 2026
564
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
160
14:51 / 11 Noyabr 2026
117
14:43 / 11 Noyabr 2026
180
14:39 / 11 Noyabr 2026
214
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
288
14:13 / 11 Noyabr 2026
860
13:58 / 11 Noyabr 2026
306
13:54 / 11 Noyabr 2026
600
13:48 / 11 Noyabr 2026
172
13:44 / 11 Noyabr 2026
259
13:41 / 11 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.