Azərbaycanda bu müavinət ARTIRILIR -RƏSMİ RƏQƏM
11 Noyabr 2026, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
462
22.10.2026, 10:58
“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədi təsdiq edilib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qrəara əsasən, Strategiyada qeyd olunan “xalis sıfır emissiya” hədəfinə nail olunması məqsədilə:
-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının sahələri üzrə dekarbonlaşma tədbirlərinin müvafiq dövlət proqramları və strategiyalarına, milli fəaliyyət planlarına və digər sənədlərə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etsin;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsi nəzərə alınmaqla, müvafiq dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etsin.
Bu Qərar ilə təsdiq edilmiş Strategiyada nəzərdə tutulmuş 2060-cı ilədək “xalis sıfır emissiya” hədəfinə (şərtli hədəfə) nail olunmasının əlavə maliyyə resurslarının (beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər, özəl sektor investisiyaları) cəlb edilməsindən asılı olacağı nəzərə alınsın.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
- Strategiyanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etsin;
- aidiyyəti qurumlarla birlikdə Strategiyanın məqsədləri və hədəfləri barədə ictimaiyyətin məlumatlandırılmasını, onun təbliğini, habelə elmi müəssisə və 2 təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatının keçirilməsini təmin etsin;
- Strategiyanın icrasına dair monitorinqi həyata keçirsin və onun nəticələrini iki ildən bir İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasına təqdim etsin.
11:57 / 11 Noyabr 2026
133
11:50 / 11 Noyabr 2026
48
11:49 / 11 Noyabr 2026
64
11:43 / 11 Noyabr 2026
274
11:34 / 11 Noyabr 2026
61
11:32 / 11 Noyabr 2026
115
11:28 / 11 Noyabr 2026
109
11:16 / 11 Noyabr 2026
289
11:13 / 11 Noyabr 2026
77
11:11 / 11 Noyabr 2026
108
11:06 / 11 Noyabr 2026
89
10:56 / 11 Noyabr 2026
362
10:51 / 11 Noyabr 2026
105
10:45 / 11 Noyabr 2026
107
10:33 / 11 Noyabr 2026
99
10:19 / 11 Noyabr 2026
99
10:13 / 11 Noyabr 2026
98
10:10 / 11 Noyabr 2026
98
10:10 / 11 Noyabr 2026
280
10:09 / 11 Noyabr 2026
162
09:56 / 11 Noyabr 2026
91
09:37 / 11 Noyabr 2026
950
09:35 / 11 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.