Qaynar xətt:

(+99450) 247 90 86

Tramp İrana qarşı yeni hücum dalğası barədə göstəriş verib

Tramp İrana qarşı yeni hücum dalğası barədə göstəriş verib

DÜNYA

68

01.08.2026, 12:15

ABŞ prezidenti Donald Trampın İrana qarşı yeni hərbi əməliyyatların başlanmasına göstəriş verdiyi iddia olunur. Məlumata görə, məqsəd Tehranı danışıqlar masasına qaytarmaq və razılığa gəlməyə məcbur etməkdir.

Oxu24.com xəbər verir ki, "The Wall Street Journal" qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə əsasən, yeni hücum dalğası artıq təsdiqlənib və əməliyyatlar bu həftəsonu başlaya bilər. Bununla belə, nəşr qeyd edir ki, diplomatik irəliləyiş əldə olunacağı təqdirdə plan dəyişdirilə və ya dayandırıla bilər.

Prezident Donald Tramp Merilend ştatındakı Kemp Deviddə keçirilən kabinet iclasında İrana qarşı sərt mövqe nümayiş etdirərək bildirib:

"Biz onlara çox sərt zərbə endirəcəyik. Elə bir məqam gələcək ki, onlar deyəcəklər: Artıq dözə bilmirik'."

Tramp həmçinin ABŞ-İran qarşıdurmasının nə qədər davam edəcəyi ilə bağlı suala cavabında bildirib ki, İranın hərbi imkanları zamanla daha da zəifləyəcək və təsiri azalacaq.

Ağ Ev də təsdiqləyib ki, administrasiya İrana qarşı yeni zərbələrin endirilməsi variantını nəzərdən keçirir. ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton Tehranın son hücumlarına cavab verməyə və İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır