Dünyanın ən qeyri-adi yaşayış məntəqəsi
17 İyul 2026, 13:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
66
17.07.2026, 13:19
Sakit okeanda yerləşən kiçik ada dövləti Tuvalu iqlim dəyişikliyinin ən ağır nəticələrindən biri ilə üzləşib.
Oxu24.com xəbər verir ki, dəniz səviyyəsinin sürətlə yüksəlməsi səbəbindən ölkənin böyük hissəsinin yaxın onilliklərdə su altında qalacağı proqnozlaşdırılır və minlərlə sakin planlaşdırılmış köç prosesinə qoşulub.
Ümumi sahəsi cəmi 26 kvadrat kilometr olan və doqquz mərcan adasından ibarət Tuvalunun təxminən 11 min nəfər əhalisi var. Paytaxtın yerləşdiyi Funafuti adası dəniz səviyyəsindən orta hesabla cəmi 50 santimetr yüksəklikdə yerləşdiyindən, hətta adi qabarma və fırtınalar zamanı belə daşqınlarla üzləşir.
Məlumatlara görə, son 30 ildə Tuvalu ətrafında dəniz səviyyəsi 15 santimetr yüksəlib ki, bu da qlobal orta göstəricidən təxminən 1,5 dəfə çoxdur. Alimlər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, ölkənin quru ərazisinin təxminən yarısı 2050-ci ilə qədər, 95 faizi isə əsrin sonunadək daimi olaraq su altında qala bilər.
Ölkə daxilində təhlükəsiz və yüksək ərazilərin olmaması səbəbindən hökumət xaricə planlı miqrasiyaya başlayıb. Bu məqsədlə 2023-cü ildə Tuvalu və Avstraliya arasında Falepili Birliyi Sazişi imzalanıb. Saziş hər il 280 Tuvalu vətəndaşına Avstraliyada daimi yaşamaq imkanı yaradır.
Rəsmi məlumatlara əsasən, 2025-ci ilin iyul ayına olan vəziyyətə görə, ölkə əhalisinin təxminən 82 faizini təşkil edən 8 700-dən çox şəxs bu proqram çərçivəsində immiqrasiya üçün müraciət edib.
Tuvalunun vəziyyəti iqlim dəyişikliyinin yaratdığı risklərin ən bariz nümunələrindən biri hesab olunur və ölkə tarixdə bütün əhalisinin planlı şəkildə köçürülməsi ilə üzləşən ilk dövlət ola bilər.
14:45 / 17 İyul 2026
4
14:30 / 17 İyul 2026
34
14:15 / 17 İyul 2026
56
14:07 / 17 İyul 2026
58
14:01 / 17 İyul 2026
53
13:53 / 17 İyul 2026
51
13:50 / 17 İyul 2026
52
13:38 / 17 İyul 2026
55
13:35 / 17 İyul 2026
60
13:30 / 17 İyul 2026
63
12:59 / 17 İyul 2026
58
12:55 / 17 İyul 2026
307
12:45 / 17 İyul 2026
217
12:36 / 17 İyul 2026
74
12:23 / 17 İyul 2026
67
12:17 / 17 İyul 2026
74
12:14 / 17 İyul 2026
72
12:03 / 17 İyul 2026
74
11:54 / 17 İyul 2026
74
11:48 / 17 İyul 2026
75
11:36 / 17 İyul 2026
68
11:29 / 17 İyul 2026
65
11:15 / 17 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.