Qaynar xətt:

(+99450) 247 90 86

Çin süni intellekt yoldaşlarını məhdudlaşdırdı

Çin süni intellekt yoldaşlarını məhdudlaşdırdı

DÜNYA

55

15.07.2026, 13:32

Çində emosional asılılıq riskinin qarşısını almaq məqsədilə süni intellektlə işləyən yoldaş botlarına yeni məhdudiyyətlər tətbiq olunub. Yeni qaydaların qüvvəyə minməsi ilə bir sıra texnologiya şirkətləri AI müşayiətçi və virtual partnyor funksiyalarını dayandırıb.

Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki, yeni tələblərə əsasən, süni intellekt alətləri istifadəçilərdə emosional asılılıq yaratmamalı və onların real insan münasibətlərinə mənfi təsir göstərməməlidir. Bu çərçivədə ByteDance (Doubao), Alibaba (Qwen) və Tencent (Yuanbao) kimi şirkətlər müvafiq xidmətlərini məhdudlaşdırıblar.Qərardan sonra sosial şəbəkələrdə çoxsaylı istifadəçilər virtual yoldaşları ilə vidalaşdıqlarını bildirərək, onların həyatlarında mühüm yer tutduğunu yazıblar.

Yeni qaydalar həmçinin yetkinlik yaşına çatmayanlara virtual partnyor xidmətlərinin təqdim edilməsini qadağan edir və platformalardan istifadəçilərdə emosional böhran əlamətlərini müəyyən edən nəzarət mexanizmləri yaratmağı tələb edir.

Mütəxəssislər hesab edirlər ki, bu addım süni intellektlə emosional bağların yaratdığı psixoloji risklərin azaldılmasına yönəlib.

Jalə