Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Ali Radası Sviridenkonun istefasını dəstəkləyib 

Ukrayna Ali Radası Sviridenkonun istefasını dəstəkləyib 

DÜNYA

74

14.07.2026, 16:44

Ukrayna Ali Radası ölkənin Baş naziri Yuliya Sviridenkonun istefasını dəstəkləyib.

Oxu24.com "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Hökumət başçısının istefasının "lehinə" 258 xalq deputatı, "əleyhinə" isə 1 nəfər səs verib. Daha 5 deputat bitərəf qalıb, 47-si isə səs verməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetini yeniləmək və xüsusən də baş naziri dəyişmək planları barədə iyulun 12-də məlumat verib. Elə o zaman Zelenski, həm həmin vaxt fəaliyyətdə olan Baş nazir Y.Sviridenko, həm də onun mümkün varisi xələfi Sergey Koretski ("Naftoqaz"ın rəhbəri) ilə görüşüb.

Ukrayna mediasının məlumatına görə, Y.Sviridenko, ehtimal ki, diplomatik xidməti tərk edən Olqa Stefanişinanın əvəzinə Ukraynanın ABŞ-dəki səfiri təyin ediləcək.