Qaynar xətt:

(+99450) 247 90 86

Bolqarıstan "İstəklilər koalisiyası"ndan çıxır 

Bolqarıstan \"İstəklilər koalisiyası\"ndan çıxır 

DÜNYA

60

14.07.2026, 15:49

Bolqarıstanın Baş naziri Rumen Radev ölkənin artıq "İstəklilər koalisiyası"nın - Rusiyaya qarşı münaqişədə Ukraynanı dəstəkləyən ölkələr qrupunun üzvü olmayacağını bildirib.

Oxu24.com  xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

"Biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən koalisiyanın üzvü deyilik. Bu münaqişənin həlli onun hərbi yollarla uzadılmasında deyil, eskalasiyaya son qoyacaq güclü diplomatik missiyadadır", - Radev jurnalistlərə bildirib.

Agentlik qeyd edib ki, Koalisiyanın əvvəlki görüşlərində iştirak edən Bolqarıstan Parisdəki görüşdə təmsil olunmayıb. (Report)