Gələn həftə Parisdə “İstəklilər Koalisiyası”nın toplantısı keçiriləcək
10 İyul 2026, 17:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
80
10.07.2026, 15:29
Yunanıstandan Almaniyaya uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. Uçuş zamanı mühərrikdə yaranan nasazlıq nəticəsində onun qopmuş hissəsi təyyarənin pəncərəsinə dəyərək şüşəni sındırıb. Hadisə nəticəsində bir sərnişin xəsarət alıb.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, Yunanıstan mətbuatının yaydığı məlumata görə, Salonikidən Almaniyanın Münhen şəhərinə uçan Ryanair aviaşirkətinə məxsus sərnişin təyyarəsi Şimali Makedoniyanın paytaxtı Skopye yaxınlığında olarkən mühərriklərdən birində ciddi nasazlıq yaranıb.
Pilotlar nasazlığın havada aradan qaldırılmasının mümkün olmadığını müəyyən etdikdən sonra təyyarəni təhlükəsiz şəkildə Saloniki hava limanına geri qaytarmaq qərarı veriblər.
Eniş zamanı sərnişin salonunda güclü səs eşidilib və pəncərələrdən biri sınıb. Təhlükəsizlik məqsədilə sərnişinlərə oksigen maskaları təqdim olunub.
Hadisədən sonra aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, pəncərənin sınmasına mühərrikdən qopan detal səbəb olub.
Pəncərənin yanında əyləşən 60 yaşlı sərnişin xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı səlahiyyətli qurumlar araşdırmaya başlayıb. Qəzanın dəqiq səbəbi aparılan texniki ekspertizadan sonra məlum olacaq.
17:06 / 10 İyul 2026
6
17:00 / 10 İyul 2026
20
16:47 / 10 İyul 2026
30
16:29 / 10 İyul 2026
43
16:25 / 10 İyul 2026
51
16:23 / 10 İyul 2026
52
16:19 / 10 İyul 2026
44
16:15 / 10 İyul 2026
61
16:10 / 10 İyul 2026
53
16:07 / 10 İyul 2026
52
15:54 / 10 İyul 2026
67
15:41 / 10 İyul 2026
63
15:32 / 10 İyul 2026
63
15:26 / 10 İyul 2026
64
15:24 / 10 İyul 2026
64
15:15 / 10 İyul 2026
65
14:53 / 10 İyul 2026
71
14:49 / 10 İyul 2026
82
14:35 / 10 İyul 2026
83
14:30 / 10 İyul 2026
77
14:26 / 10 İyul 2026
76
14:18 / 10 İyul 2026
79
13:53 / 10 İyul 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.