Qaynar xətt:

(+99450) 247 90 86

Avstraliyada ilk dəfə yerli dəniz quşunda H5 quş qripi aşkar edilib  

Avstraliyada ilk dəfə yerli dəniz quşunda H5 quş qripi aşkar edilib  

DÜNYA

69

10.07.2026, 15:24

Avstraliyada ilk dəfə yerli dəniz quşunda yüksək yoluxucu H5 quş qripi aşkarlanıb.

Oxu24.com AFP-nə istinadən xəbər verir i, virus Cənubi Avstraliyanın Robe bölgəsində tapılan dəniz quşunda laboratoriya müayinələri ilə təsdiqlənib. Bu, H5 ştammının Avstraliyanın yerli vəhşi təbiətində qeydə alınan ilk halıdır.

Kənd təsərrüfatı naziri Culi Kollins bildirib ki, hazırda virusun digər heyvanlara və ya quşçuluq təsərrüfatlarına yayıldığına dair əlamət yoxdur. Onun sözlərinə görə, insan sağlamlığı üçün risk aşağı səviyyədə qiymətləndirilir.

Hadisədən sonra quşun aşkarlandığı ərazidə gücləndirilmiş monitorinq tədbirləri həyata keçirilir. Alimlər virusun yerli quş populyasiyasına necə keçdiyini araşdırırlar.

Jalə