Qaynar xətt:

(+99450) 247 90 86

Avstraliyada ABŞ hərbi mövcudluğu genişlənir

Avstraliyada ABŞ hərbi mövcudluğu genişlənir

DÜNYA

82

17.06.2026, 13:12

Avstraliyanın müdafiə naziri Riçard Marles ölkədə ABŞ hərbi mövcudluğunun artdığını təsdiqləyib.

Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki,  ABŞ Dəniz Piyadaları Korpusu Avstraliyanı silah, sursat və hərbi texnikanın əvvəlcədən yerləşdirilməsi üzrə qlobal proqramına daxil edir. Bu çərçivədə ilkin ehtiyatların Viktoriya ştatındakı Bandiana hərbi bazasına köçürülməsi planlaşdırılır.

Nazir bildirib ki, ABŞ-ın regionda artan hərbi izi Avstraliyanın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır və ölkənin müdafiə imkanlarının gücləndirilməsinə töhfə verir.

Avstraliya ərazisində daimi xarici bazalara icazə verilməsə də, ABŞ dəniz piyadaları ildə altı ay Darvin şəhərində keçirilən təlimlərdə iştirak edir. Bundan əlavə, gələn ildən ABŞ komandanlığı altında sualtı qayıqların rotasiya qüvvəsinin Qərbi Avstraliyada yerləşdirilməsi gözlənilir.

Rəsmilər bildirirlər ki, Bandiana obyektinin 2028-ci ilə qədər tam fəaliyyətə başlaması və yüzlərlə mütəxəssisin burada işləməsi planlaşdırılır.

Turan