“Gəmilər Hörmüzdən keçməyə başladı” - Tramp
15 İyun 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
90
15.06.2026, 15:40
Böyük Britaniyanın Baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin 2027-ci ilin yazından qadağan ediləcəyini bir daha açıqlayıb.
Oxu24.com xəbər verir ki, Baş nazir Dauninq Stritdə çıxışı zamanı sosial medianın uşaqların xoşbəxtliyinə mənfi təsir göstərdiyini, onları zorakılıq və təhqirlərə daha açıq vəziyyətə saldığını bildirib. K.Starmerin sözlərinə görə, sosial media platformaları istifadəçiləri uzun müddət ekranda saxlamaq üçün hazırlanıb və bu, uşaqların psixi sağlamlığına zərər vura bilər.
“Valideyn olaraq mən də bütün valideynlər kimi övladlarımın xoşbəxt və təhlükəsiz olmasını istəyirəm. Uşaqların təhlükəsizliyi və rifahı məsələsində güzəştə getməyəcəyik”, - deyə Baş nazir vurğulayıb.
O qeyd edib ki, hökumət bu məsələdə artıq analoji qadağa tətbiq etmiş Avstraliyanın təcrübəsini öyrənib. Baş nazir əlavə edib ki, hökumət onlayn oyun xidmətləri və canlı yayım platformaları ilə bağlı da daha sərt tənzimləmə tədbirləri həyata keçirməyi planlaşdırır. Təklif parlament tərəfindən təsdiqlənərsə, “TikTok”, “YouTube” və digər sosial media platformalarından 16 yaşdan kiçik şəxslərin istifadəsinə qoyulan qadağa 2027-ci ilin yazından qüvvəyə minəcək. (AZƏRTAC)
19:13 / 15 İyun 2026
1
19:03 / 15 İyun 2026
24
18:50 / 15 İyun 2026
26
18:41 / 15 İyun 2026
113
18:39 / 15 İyun 2026
59
18:16 / 15 İyun 2026
196
18:15 / 15 İyun 2026
105
18:06 / 15 İyun 2026
77
17:59 / 15 İyun 2026
78
17:58 / 15 İyun 2026
81
17:48 / 15 İyun 2026
286
17:43 / 15 İyun 2026
65
17:37 / 15 İyun 2026
86
17:37 / 15 İyun 2026
84
17:35 / 15 İyun 2026
90
17:30 / 15 İyun 2026
388
17:29 / 15 İyun 2026
89
17:26 / 15 İyun 2026
84
17:23 / 15 İyun 2026
79
17:22 / 15 İyun 2026
64
17:05 / 15 İyun 2026
91
17:02 / 15 İyun 2026
160
16:57 / 15 İyun 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.