Meloni İlham Əliyevə bu qərarına görə təşəkkür edib
28 Sentyabr 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
614
15.06.2026, 16:13
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərini daha da möhkəmləndirən və iki qardaş ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirən tarixi sənəddir.
Bu fikirləri Oxu24.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələsini formalaşdırıb.
Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanan sənəd təkcə siyasi deyil, həm də mənəvi və tarixi əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə, qardaşlıq əlaqələrinin yeni müstəviyə keçməsinə və əməkdaşlığın bütün sahələr üzrə genişlənməsinə imkan yaradıb.
Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında formalaşan münasibətlər dünyada nadir nümunələrdən biridir. Onun fikrincə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən səsləndirilən “Bir millət, iki dövlət” fəlsəfəsi bu gün özünün ən yüksək təzahürünü tapıb.
Deputat vurğulayıb ki, Bəyannamə iqtisadi və nəqliyyat əməkdaşlığının inkişafı baxımından da xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə regionda yeni reallıqlar formalaşdırıb və həmin reallıqların mühüm elementlərindən biri də sənəddə əksini tapan Zəngəzur dəhlizi layihəsidir.
“Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasında yeni nəqliyyat və ticarət marşrutlarının formalaşmasına xidmət edir. Eyni zamanda, siyasi və iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir. Bu prosesdə Azərbaycan və Türkiyə aparıcı rol oynayır”, – deyə deputat qeyd edib.
Ceyhun Məmmədov bildirib ki, Şuşa Bəyannaməsində diqqət çəkən məsələlərdən biri də xaricdə yaşayan Azərbaycan və türk diasporlarının fəaliyyətinin əlaqələndirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyətin gücləndirilməsidir.
Deputatın sözlərinə görə, sənəd Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi bazasını daha da möhkəmləndirərək əvvəllər imzalanmış mühüm sazişlərin məntiqi davamı kimi çıxış edir. O qeyd edib ki, Şuşa Bəyannaməsi həm də 1921-ci ildə imzalanmış Qars Müqaviləsi ruhuna sadiqliyin ifadəsidir.
Millət vəkili əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri yaxın illərdə regionun simasını tamamilə dəyişəcək. Onun fikrincə, Şuşa və ətraf ərazilərdə yaradılan yeni iqtisadi, turizm və sosial imkanlar bölgənin inkişafına mühüm töhfə verəcək.
“Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı layihələr bölgədə yeni inkişaf mərhələsinin əsasını qoyur. Qarabağda yaradılan yeni reallıqlar regionun gələcəyini müəyyənləşdirən əsas amillərdən biridir”, – deyə Ceyhun Məmmədov vurğulayıb.
00:12 / 28 Sentyabr 2026
1
00:09 / 28 Sentyabr 2026
16
23:44 / 27 Sentyabr 2026
722
23:31 / 27 Sentyabr 2026
49
23:24 / 27 Sentyabr 2026
49
23:06 / 27 Sentyabr 2026
53
23:02 / 27 Sentyabr 2026
210
22:58 / 27 Sentyabr 2026
55
22:55 / 27 Sentyabr 2026
53
22:37 / 27 Sentyabr 2026
586
22:03 / 27 Sentyabr 2026
67
21:49 / 27 Sentyabr 2026
427
21:30 / 27 Sentyabr 2026
215
21:29 / 27 Sentyabr 2026
61
21:12 / 27 Sentyabr 2026
119
21:06 / 27 Sentyabr 2026
61
21:00 / 27 Sentyabr 2026
147
20:59 / 27 Sentyabr 2026
71
20:47 / 27 Sentyabr 2026
229
20:38 / 27 Sentyabr 2026
81
20:30 / 27 Sentyabr 2026
61
20:06 / 27 Sentyabr 2026
315
19:57 / 27 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.