Qaynar xətt:

(+99450) 247 90 86

FETÖ-ya  daha bir ağır zərbə: 11 nəfər həbs edildi 

FETÖ-ya  daha bir ağır zərbə: 11 nəfər həbs edildi 

DÜNYA

99

15.06.2026, 13:37

İstanbul Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu FETÖ/PDY silahlı terror təşkilatının “gizli təhlükəsizlik strukturu”na qarşı əməliyyat həyata keçirib.

Oxu24.com Türkiyənin nüfuzlu “Sabah” nəşrinə istinadən xəbər verir ki, istintaq “Garson” kod adlı gizli şahiddən əldə edilən və mikro SD kartda saxlanılan rəqəmsal arxiv əsasında aparılıb. Həmin materiallarda təşkilatın daxili kod sistemi, üzvlərin fəaliyyət qeydləri və əlaqə şəbəkəsinə dair məlumatların olduğu bildirilir.

Araşdırma zamanı şübhəlilərin “SAYA”, “DİL”, “EA”, “SC” kimi kodlarla kateqoriyalara bölündüyü, həmçinin onların fəaliyyət və görüşlərinin sistemli şəkildə izlənildiyi müəyyən edilib.

İstintaq çərçivəsində ümumilikdə 16 nəfər şübhəli müəyyən olunub və onlar barədə həbs qərarı verilib. Məhkəmənin qərarı ilə şübhəlilərdən 11-i həbs edilib, 5 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Əli