Abbas Abbasov ölüb,bir neçə yaralı var
27 Sentyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
564
04.06.2026, 21:11
Ermənistanda seçki kampaniyasının artıq final mərhələsinə qədəm qoyması daxili siyasi müstəvidə ritorikanın maksimum dərəcədə sərtləşməsinə və kəskinləşməsinə səbəb olub. Proseslərin gedişatı fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın "Azərbaycanı tərk edən ermənilər bir daha geri qayıtmayacaqlar" və "azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycana) qayıtması məsələsi qətiyyən müzakirə mövzusu deyil" bəyanatı həm ölkə daxilində, həm də regionda ciddi rezonans doğurub.
Politoloq Elçin Abdullayev mövzu ilə bağlı Oxu24.com-a şərh verərək, Paşinyanın bu gedişinin pərdəarxası məqamlarına aydınlıq gətirib.
Politoloq Elçin Abdullayev ilk növbədə Ermənistandakı mövcud gərgin seçki mühitinə diqqət çəkərək qeyd edib ki, builki proses əvvəlki illərlə müqayisədə xüsusilə amansız xarakter alıb:
“Ermənistanda aparılan bu günə qədərki seçki kampaniyası içərisində bu dəfəki seçki daha sərt, daha kəskin ritorika ilə yadda qalır. Bu da bir reallıqdır ki, Paşinyanın rəqibləri Paşinyan üzərində qalib gəlmək üçün, ümumiyyətlə, Nikol Paşinyanı siyasi səhnədən silmək üçün Azərbaycan kartından istifadə edirlər”.
Ekspert vurğulayıb ki, bu təzyiqlər sadəcə yerli qüvvələrdən gəlmir, prosesin arxasında daha böyük kənar təsirlər dayanır:
“Biz bunu Ermənistanda aparılan seçki kampaniyası dövründə bir neçə dəfə həm müxalifət liderlərinin – Rusiyanı tərəfindən maliyyələşən və Rusiyadan nəfəs alan müxalifət liderlərinin dilindən, eyni zamanda müxalifətçilərin tərəfdarlarının dilindən eşitdik ki, Paşinyan ya türkdür, ya da Azərbaycana satılıb.
O cümlədən, Paşinyanın ruhunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlində olduğunu dedilər”.
Müxalifətin əhali arasında qorxu yaymaq üçün Qərbi Azərbaycan mövzusunu manipulyasiya etdiyini bildirən Elçin Abdullayev, Paşinyanın niyə məhz indi belə bir bəyanat verməyə məcbur olduğunu izah edib:
“Şübhəsiz ki, bunlar hamısı seçki kampaniyası dövründə Paşinyanın nüfuzuna zərbə vurmağa hesablanan bir addımdır. O cümlədən də, düşünürəm ki, Qərbi Azərbaycan mövzusu da məhz Paşinyana qarşı aparılan təbliğatın tərkib hissəsi idi. Çünki Ermənistan müxalifəti hətta bu seçki kampaniyası dövründə Paşinyan Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıları Ermənistana qaytaracaq kimi fikirlər səsləndirməklə erməni camiəsində bir qorxu, bir hürkü yaratmağa çalışırdıla.
Politoloq yekun olaraq vurğulayıb ki, Baş nazirin geri qayıdış məsələsini qəti şəkildə rədd etməsi beynəlxalq danışıqlara yönələn bir mesaj deyil, tamamilə daxili siyasi iflasdan xilas olmaq cəhdidir:
“Görünən odur ki, Nikol Paşinyanın bu cür fikir bildirməsi ki, Qərbi Azərbaycana qayıdış məsələsi qətiyyən müzakirə mövzusu deyil, hesab edirəm ki, bu, Ermənistandakı daxili siyasi auditoriyaya hesablanan bir addımdır. Bu baxımdan Paşinyan özünü sığortalamaq üçün müxalifətin, belə deyək, “Azərbaycan adı” altında Paşinyana açdığı atəşdən qorunmaq üçün deyilən bir bəyanatdır”.
Göründüyü kimi, Ermənistan rəhbərliyi regionda dayanıqlı sülhün yaradılması və humanitar məsələlərin həlli yerinə, hələ də seçki qabağı daxili auditoriyanın səsini qazanmaq və radikal müxalifətin ittihamlarını neytrallaşdırmaq naminə kəskin bəyanatlara üstünlük verir. Bu isə rəsmi İrəvanın sülh danışıqlarında nə dərəcədə səmimi olub-olmadığı sualını yenidən gündəmə gətirir.
Çimnaz Telmanqızı
09:14 / 28 Sentyabr 2026
1
09:08 / 28 Sentyabr 2026
19
08:31 / 28 Sentyabr 2026
54
08:17 / 28 Sentyabr 2026
265
06:09 / 28 Sentyabr 2026
153
05:49 / 28 Sentyabr 2026
151
05:25 / 28 Sentyabr 2026
167
00:12 / 28 Sentyabr 2026
159
00:09 / 28 Sentyabr 2026
177
23:44 / 27 Sentyabr 2026
5598
23:31 / 27 Sentyabr 2026
110
23:24 / 27 Sentyabr 2026
120
23:06 / 27 Sentyabr 2026
100
23:02 / 27 Sentyabr 2026
459
22:58 / 27 Sentyabr 2026
93
22:55 / 27 Sentyabr 2026
110
22:37 / 27 Sentyabr 2026
897
22:03 / 27 Sentyabr 2026
109
21:49 / 27 Sentyabr 2026
1176
21:30 / 27 Sentyabr 2026
427
21:29 / 27 Sentyabr 2026
80
21:12 / 27 Sentyabr 2026
325
21:06 / 27 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.