Ukrayna Samarada neft emalı zavodunu vurub
22 Avqust 2026, 13:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
501
02.06.2026, 14:45
Azərbaycan dünya səviyyəli neft-qaz hövzəsidir və həm daxili bazara, həm də ixrac istiqamətlərinə tədarük üçün artıq formalaşmış nəqliyyat infrastrukturuna malikdir.
Oxu24.com xəbər verir ki, bunu Kanadanın "Gran Tierra Energy" şirkətinin prezidenti və baş icraçı direktoru Qeri Qidri 31-ci Bakı Enerji Forumunda çıxış edərkən bildirib.
Q. Qidri qeyd edib ki, şirkət təxminən iki il əvvəl müvafiq dəvət aldıqdan sonra Azərbaycan üzrə məlumatların təhliliinə başlayıb.
"Böyük ehtimalla biz Azərbaycanın şimalında (Quba-Xəzəryanı regionu) neft hasilatının artırılması texnologiyaları tətbiq edəcək, laylara su vurulmasını həyata keçirəcək, hasilatın intensivləşdirilməsi üçün müxtəlif üsullar tətbiq edəcəyik. Məhz buna görə də şirkətimizin miqyasını nəzərə alaraq, resursları düzgün bölüşdürmək və kapital qoyuluşu anından etibarən qısa müddətdə geriödəməni məqsədyönlü şəkildə təmin etmək bizim üçün prinsipial əhəmiyyət daşıyır", - şirkət rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan hər bir barelin mümkün olan ən aşağı maya dəyəri ilə hasil edilməsini təmin edəcək xərc strukturu formalaşdırmalıdır.
"Hazırda biz Azərbaycanın şimalında hərtərəfli geoloji hazırlıq işləri aparırıq. Əminik ki, əlavə seysmik tədqiqatlar işləri aparmaq lazım olacaq, lakin əsas element artıq toplanmış qazma məlumatlarından istifadə olaraq qalır. Biz məhz buna əhəmiyyətli vaxt və əmək sərf edirik, baxmayaraq ki, tam mənzərə hələ formalaşmayıb. Şübhəsiz ki, müəyyən boşluqlar mövcuddur. Bununla belə, bu, bizə sonrakı iş üçün başlanğıc nöqtəsi verir", - Q.Qidri əlavə edib.
Xatırladaq ki, 2026-cı il fevralın 19-da SOCAR ilə "Gran Tierra Energy Inc." şirkəti arasında Azərbaycanın Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq.
Müqavilə sahəsi təxminən 65 km uzunluğunda strukturu əhatə edir, buradan 100 milyon bareldən çox neft və 200 milyard kubfutdan çox təbii qaz hasil edilib.
Saziş çərçivəsində yataqların kəşfiyyatı və qiymətləndirilməsi üçün beş il, həmçinin işlənmə müddətinin daha beş il uzadılması imkanı ilə iqtisadi cəhətdən səmərəli olan istənilən yataqların işlənməsi üçün 25 il nəzərdə tutulub. Kəşfiyyat dövrü ilkin üçillik mərhələdən və onun ardınca gələn ikinci ikiillik mərhələdən ibarətdir. İlkin mərhələ qravimetrik məlumatların toplanması, həmçinin iki quyunun qazılması və 250 kv. km sahədə 3D-seysmik məlumatların əldə edilməsi öhdəliyini əhatə edir. İkinci mərhələ isə əlavə iki quyunun qazılmasını və daha 250 kv. km sahədə 3D-seysmik məlumatların əldə edilməsini nəzərdə tutur.
Şirkət ilkin mərhələ başa çatdıqdan sonra ikinci mərhələyə keçmək hüququna malikdir. "Gran Tierra" aeroqravimetrik tədqiqatlara 2026-cı ildə, seysmik və qazma işlərinə isə 2027-ci ildə başlamağı planlaşdırır. Bu işlərin şirkətin əməliyyat fəaliyyətindən daxil olan proqnozlaşdırılan xalis pul vəsaitləri hesabına maliyyələşdiriləcəyi ehtimal edilir.
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.