Qaynar xətt:

(+99450) 247 90 86

Lukaşenko orduya əmr etdi: Quru əməliyyatlarına hazır olun!

Lukaşenko orduya əmr etdi: Quru əməliyyatlarına hazır olun!

DÜNYA

218

11.05.2026, 18:46

Belarus ordusunun ölkəyə mümkün hücuma qarşı hazırlığı yoxlanılmalıdır.

 

Oxu24.com  xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbçilərlə görüşündə bildirib.

 

Onun sözlərinə görə, müasir münaqişələr göstərir ki, quru əməliyyatı olmadan qələbə qazanmaq mümkün deyil.

 

“ABŞ, İsrail və İranın qatıldığı son münaqişə. Bombardman etdilər, raketlər atdılar. Bəs nə oldu, qələbə qazandılar? Xeyr. Quru əməliyyatsız heç bir nəticə əldə etmək mümkün deyil”, - Belarus lideri qeyd edib./APA