Putinin köməkçisi Uitkoff və Kuşnerlə ilkin məsləhətləşmələr aparıb
12 Noyabr 2026, 13:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
689
13.04.2026, 12:18
Kuba ABŞ prezidenti Donald Trampın adanı ələ keçirmək təhdidlərindən "qorxmur" və "hərbi təcavüz halında özünü müdafiə etməyə" hazırdır.
Oxu24.com xəbər verir ki, bu barədə Kuba prezidenti Migel Dias-Kanel bildirib.
NBC-yə verdiyi müsahibədə Dias-Kanel ölkənin ABŞ-ın işğalı halında döyüşməyə hazır olduğunu vurğulayıb. O, mövcud rejimi qorumaq üçün özünü qurban verməyə hazır olduğunu bildirib.
"Qorxmuram. İnqilab üçün canımı verməyə hazıram", - deyə Kuba lideri vurğulayıb.
Kuba prezidentinin sözlərinə görə, adaya qarşı təcavüz "ədalətsiz olacaq və bütün tərəflər üçün ağır nəticələrə səbəb olacaq".
O, həmçinin Amerika cəmiyyətinin adaya qarşı müharibəni dəstəkləyəcəyinə şübhə ilə yanaşdığını bildirib.
Dias-Kanel Tramp administrasiyasının hərəkətlərini, xüsusən də iqtisadi blokadanı "ədalətsiz və məkrli" adlandırıb.
O, ABŞ-ın çoxpartiyalı seçkilər, siyasi məhbusların azad edilməsi və azad mətbuatın tanınması tələblərini rədd edib.
O, istefa ehtimalını rədd edərək, "Bizim öz müqəddəratını təyin etmək və müstəqillik hüququmuz var və biz ABŞ-ın planlarına tabe deyilik" deyə bəyan edib.
Kuba prezidenti Vaşinqtonu Kuba xalqına qarşı "qəddar və alçaq" hesab etdiyi siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.
Jalə
13:36 / 12 Noyabr 2026
1
13:29 / 12 Noyabr 2026
34
13:21 / 12 Noyabr 2026
52
13:20 / 12 Noyabr 2026
47
13:18 / 12 Noyabr 2026
162
13:16 / 12 Noyabr 2026
77
13:07 / 12 Noyabr 2026
212
13:04 / 12 Noyabr 2026
61
13:00 / 12 Noyabr 2026
62
12:40 / 12 Noyabr 2026
63
12:25 / 12 Noyabr 2026
98
12:05 / 12 Noyabr 2026
97
11:55 / 12 Noyabr 2026
102
11:50 / 12 Noyabr 2026
118
11:36 / 12 Noyabr 2026
93
11:35 / 12 Noyabr 2026
102
11:34 / 12 Noyabr 2026
153
11:31 / 12 Noyabr 2026
98
11:24 / 12 Noyabr 2026
483
11:21 / 12 Noyabr 2026
94
11:19 / 12 Noyabr 2026
220
11:05 / 12 Noyabr 2026
99
11:00 / 12 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.