Yadplanetlilər BU TARİXDƏ dünya ilə təmasa keçir - ŞOK FAKTLAR
25 Mart 2026, 21:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
85
25.03.2026, 18:02
ABŞ 15 maddəlik razılaşma paketi və 1 aylıq atəşkəs təşəbbüsü ilə çıxış edib.
Bu planın arxasında nə dayanır? Bu, taktiki fasilə kimi qiymətləndirilə bilərmi?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, ABŞ tərəfindən İrana təqdim edildiyi deyilən 15 maddəlik təklifin rəsmi olub-olmaması hələ dəqiqləşməyib.
Jurnalist Fikrət Fəraməzoğlunun məhkəməsi 22 noyabra təyin olundu
Onun sözlərinə görə, yayılan məlumatlara əsaslansaq, Ağ Evin Tehrandan iki əsas tələbi olduğu görünür. Birincisi, İranın nüvə proqramından tam imtina etməsi və bu sahədə nəzarətin dolayı yolla ABŞ-a verilməsidir.
Fəraməzoğlunun fikrincə, bu məsələdə diqqətçəkən məqamlardan biri Buşehr AES-dir. Bu obyektə nəzarət ABŞ-ın onu Rusiyanın təsirindən çıxarmaq niyyətində olduğunu göstərir. Hazırda stansiya Rusiya tərəfindən idarə olunur və əsas heyət rus mütəxəssislərdən ibarətdir.
Şərhçi qeyd edir ki, ABŞ oxşar taktikanı Ermənistanda da tətbiq edib. Metsamor AES üzərində nəzarəti gücləndirməklə, bu sahədə Rusiyanın təsirini azaltmağa nail olub. Onun sözlərinə görə, məqsəd Rusiyanı regiondan sıxışdırmaq, nüvə sənayesindəki təsir imkanlarını məhdudlaşdırmaq və Moskvanın potensial təhdid alətlərini zəiflətməkdir.
Həmçinin oxuyun
İkinci əsas məsələ isə Hörmüz boğazı ilə bağlıdır. Vaşinqton Panamada olduğu kimi, Yaxın Şərqdə də mühüm nəqliyyat dəhlizlərinə nəzarət etməyi hədəfləyir. Lakin Hörmüz boğazına nəzarətin konkret hansı mexanizmlə həyata keçiriləcəyi hələlik açıq qalır.
Təkliflərdə İranın daxili işlərinə qarışmamaq kimi müddəa da yer alır. Fəraməzoğlu bunun formal xarakter daşıdığını bildirir: “Heç bir ölkə açıq şəkildə başqa dövlətin daxili işlərinə qarışdığını etiraf etmir. Bu ifadə əslində ABŞ-ın dolayısı ilə belə müdaxilələrin mövcudluğunu qəbul etməsi kimi də qiymətləndirilə bilər”.
Proksi qüvvələrlə bağlı tələbə gəlincə, şərhçi bunun daha çox İsrailin maraqları ilə əlaqəli olduğunu vurğulayır. Onun fikrincə, Tehranın bu öhdəliklərə nə dərəcədə əməl edəcəyi isə sual altındadır.
Bütün bu məqamlar fonunda İranın təklifləri qəbul edib-etməyəcəyi də qeyri-müəyyən olaraq qalır. Rəsmi Tehran hələlik “düşünürük” mövqeyini sərgiləyir. Bir sıra şərtlərin qəbul olunması isə çətin görünür. Məsələn, Buşehr, Natanz və Fordo kimi nüvə obyektləri üzərində nəzarətin itirilməsi İranın gələcək manevr imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Eyni zamanda, ballistik raket proqramından imtina ölkənin regional güc statusuna ciddi zərbə vura bilər.
Fəraməzoğlu sonda qeyd edib ki, atəşkəs təşəbbüsü taktiki gediş kimi qiymətləndirilməməlidir: “Bu proses gec-tez baş verməli idi. Lakin sual doğuran məqam odur ki, bu qədər genişmiqyaslı qarşıdurmanın nəticəsi bu cür məhdud hədəflərlə yekunlaşmamalıdır. Bu isə əvvəlki məqsədlərlə müqayisədə daha aşağı səviyyəli razılaşma təsiri bağışlayır”.
21:38 / 25 Mart 2026
137
21:37 / 25 Mart 2026
26
21:27 / 25 Mart 2026
46
21:23 / 25 Mart 2026
71
21:15 / 25 Mart 2026
46
21:03 / 25 Mart 2026
52
21:02 / 25 Mart 2026
342
20:56 / 25 Mart 2026
97
20:55 / 25 Mart 2026
57
20:45 / 25 Mart 2026
79
20:32 / 25 Mart 2026
1032
20:27 / 25 Mart 2026
1062
20:19 / 25 Mart 2026
192
20:15 / 25 Mart 2026
64
20:04 / 25 Mart 2026
71
19:59 / 25 Mart 2026
236
19:47 / 25 Mart 2026
237
19:36 / 25 Mart 2026
211
19:26 / 25 Mart 2026
189
19:17 / 25 Mart 2026
424
19:11 / 25 Mart 2026
100
19:07 / 25 Mart 2026
387
19:04 / 25 Mart 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.