SON DƏQİQƏ! İrana hücuma keçdilər
16 İyul 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
584
23.03.2026, 15:30
ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi yeni geosiyasi gərginliyin anonsu kimi qiymətləndirilir. Vaşinqtonun İranın strateji əhəmiyyətə malik Xarq adasına yönəlik mümkün əməliyyat planları çərçivəsində Dəniz Piyadaları Korpusu və Hərbi Dəniz Qüvvələrinin regiona sürətli dislokasiyası diqqət çəkir.
ABŞ-ın Xarq adası ilə bağlı planları real hərbi əməliyyatın başlanğıcıdır, yoxsa daha çox psixoloji təzyiq vasitəsidir?
Bu addım İranın cavab strategiyasına necə təsir edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri,siyasi şərhçi Sədrəddin Soltan bildirib.
“ABŞ Xarq adasına bir dəfə hücum edib və hərbi obyektləri sıradan çıxarıb. İranın körfəzdə 2 əsas strateji bazası var. Biri Bəndər-Abbas limanı, digəri isə Xarq adasıdır. Burada həm İranın əsas neft bazaları, həm də regiona təhlükə yaradacaq hərbi obyektləri yerləşir. Bunlar İranın boğaz ətrafındakı şah damarı hesab olunur”.
Politoloqun sözlərinə görə, ABŞ həmin ərazilərdə quru qoşunlarını intensivləşdirsə, İran iqtisadiyyatının inkişafının qarşısını ala bilər. Beləliklə, Tehran hakimiyyəti ağır böhranla üzləşər və hərbi əməliyyatlar aparmaq üçün maliyyə çatışmazlığı yaranar.
“Perspektivdə ABŞ-ın Xarq adasını ələ keçirməsi istisna olunmur. Hesab edirəm ki, gələcəkdə BƏƏ-yə dəstək verməklə, ABŞ Böyük və Kiçik Tunb, Əbu Musa adalarını da İranın nəzarətindən çıxara bilər”, — deyə Sədrəddin Soltan əlavə edib.
Politoloq qeyd edib ki, bu adalarda da İranın hərbi obyektləri var. Bu 3 ada BƏƏ ilə İran arasında mübahisəli ərazi olaraq qalır. Ona görə də yaranmış situasiyadan istifadə edərək BƏƏ həmin adaları geri qaytarmağa cəhd göstərə bilər.
İranın cavab reaksiyasından bəhs edən Sədrəddin Soltan vurğulayıb:
“İran ənənəvi olaraq ABŞ-ın region ölkələrində müttəfiqlərinin və strateji tərəfdarlarının ərazilərini, enerji, neft-qaz bazalarını, hasilat yataqlarını raket atəşinə tutacaq. Hadisələr onu göstərir ki, ABŞ və İsrailin zərbələri İranla müqaisədə daha dəqiqdir. Odur ki, bu üstünlüklər Xarq adası və Bəndər-Abbas limanında da təkrarlanacaq. İran hakimiyyətinin də cavab verməsi istisna olunmur. Çünki onlar bəyan edir ki, bundan sonra müdafiə deyil, hücum taktikası edəcəklər. Yaxın bir neçə həftə ərzində ciddi dəyişikliklərin olacağı gözlənilir”.
23:42 / 16 İyul 2026
27
23:30 / 16 İyul 2026
31
23:28 / 16 İyul 2026
150
23:25 / 16 İyul 2026
33
23:25 / 16 İyul 2026
63
23:19 / 16 İyul 2026
95
23:16 / 16 İyul 2026
41
23:09 / 16 İyul 2026
224
22:41 / 16 İyul 2026
33
22:24 / 16 İyul 2026
52
22:23 / 16 İyul 2026
81
22:06 / 16 İyul 2026
54
21:57 / 16 İyul 2026
70
21:46 / 16 İyul 2026
64
21:42 / 16 İyul 2026
200
21:37 / 16 İyul 2026
175
21:31 / 16 İyul 2026
200
21:27 / 16 İyul 2026
68
21:16 / 16 İyul 2026
65
21:05 / 16 İyul 2026
83
21:03 / 16 İyul 2026
70
20:56 / 16 İyul 2026
101
20:48 / 16 İyul 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.