İran infrastrukturunu yenidən quracaq
27 İyul 2026, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
945
18.02.2026, 11:29
İranın xarici işlər naziri Abbas Arakçı Cenevrədə dünən keçirilən görüşlər barədə danışarkən deyib ki,İran və ABŞ konstruktiv danışıqlar aparıblar.
"Tərəflər mümkün yeni nüvə sazişinin mətninə daxil ediləcək bir sıra rəhbər prinsiplər üzrə razılığa gəliblər”,-deyə iranlı nazir qeyd edib.
Arakçı həmçinin bildirib ki, İran və ABŞ nüvə sazişi layihəsinin hazırlanıb müzakirə edildikdən sonra danışıqların üçüncü mərhələsi üçün tarix təyin edəcəklər.
“Danışıqların ikinci mərhələsi zamanı İran və ABŞ əvvəlki məsləhətləşmələrdən daha ciddi məsələləri müzakirə ediblər”,-deyə Arakçı bildirib.
Son baş verənlər iddia edilən İran-ABŞ müharibəsinin arxa plana keçməsi demək deyil ki?
Oxu24.com-un mövzu ilə bağlı sualını hərbi ekspert,ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov cavablandırıb.
O, bildirib ki, Fars körfəzində gərginlik hələki qalır.
"ABŞ artıq ikinci təyyarə daşıyan və onu müşahidə edən gəmiləri həmin körfəzə yaxın məsafələrə göndərir.ABŞ-nin İran qarşısında qoyduğu şərtlər İslam Respublikası üçün çox ağırdır. Bu şərtləri yerinə yetirmək mümkünsüzdür.
Bilirsiniz ki, İran özü böyük bir dövlətdir və özünün ballistik raketləri var. Əgər, İrandakı hərbi -strateji obyektlər hədəfə alınırsa, İran rəsmi şəkildə buna cavab olaraq ABŞ-nin yaxınlıqda olan bazalarına, həmçinin, hərbi gəmi karvanına zərbələr endirə bilər.
Hətta, bu haqda İran rəsmiləri tərəfindən dəfələrlə açıqlamalar verilib.Əminəm ki,bu, belə də olacaq.
ABŞ admisitrasiyası, eləcə də Prezident Tramp gözəl başa düşür ki, İrana raket zərbələri endirilən an, onlar yerində sakit oturub tamaşa etməyəcək. İran qonşu dövlətlərdə yerləşən ABŞ-nin hərbi bazalarını da, körfəzə yığılmış gəmiləri də darmadağın edəcək.
Bu isə müharibənin miqyasını böyüdəcək və həm ABŞ, həm də ABŞ-yə neft daşıyan, Birləşmiş Ştatlarla ticarət əlaqələri olan ölkələr üçün böyük itkilər deməkdir.
Odur ki, ABŞ İranla Oman danışıqlarında və (1-ci raund ) Cenevrə görüşlərində maraqlı olduğunu ortaya qoydu.
Bundan başqa əgər ABŞ İrana hücum edəsi olarsa, Fars körfəzi ilə ABŞ-yə və eləcə də Avropa ölkələrinə neft daşıyan ölkələr körfəzdən keçmək hüququnu itirəcək.Bu səbəblər kifayət edir ki, ABŞ İranla razılaşmalarla nəticələnən görüşləri davam etdirsin.
Bəli, ötən gün ABŞ dövlət katibi Marko Rubio Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla görüşərkən dediklərində haqq var. Cənab Rusio deyir ki, İranla razılaşmaq çətindir, amma bizi narahat edən məsələləri diplomatik yolla nəzərə alan İranla razılığa gəlmək imkanı var.
Düşünürəm ki, iddia olunan müharibə riski əslində yoxdur. Hazırda görünən mənzərə güc nümayişindən , danışıqlar masasında diktə edən tərəf olmaq havası yaratmaqdan başqa bir şey deyil. Tərəflər danışıqlar masası arxasında iki böyük dövlət arasında gərginliyə səbəb olan məsələləri həll edəcəklər”-deyə hərbi ekspert Rövşən Məhərrəmov vurğulayıb.
Əntiqə Rəşid
10:43 / 27 İyul 2026
1
10:37 / 27 İyul 2026
20
10:28 / 27 İyul 2026
52
10:14 / 27 İyul 2026
58
09:55 / 27 İyul 2026
65
09:44 / 27 İyul 2026
62
09:23 / 27 İyul 2026
60
09:15 / 27 İyul 2026
77
09:07 / 27 İyul 2026
67
09:04 / 27 İyul 2026
61
09:01 / 27 İyul 2026
75
23:26 / 26 İyul 2026
170
22:47 / 26 İyul 2026
98
22:27 / 26 İyul 2026
103
22:06 / 26 İyul 2026
106
20:35 / 26 İyul 2026
156
20:15 / 26 İyul 2026
162
19:42 / 26 İyul 2026
102
19:09 / 26 İyul 2026
102
19:09 / 26 İyul 2026
112
18:54 / 26 İyul 2026
184
18:53 / 26 İyul 2026
181
18:05 / 26 İyul 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.