İsrail bu ölkəni vurdu: 1000-dən çox insan həyatını itirib
21 Mart 2026, 01:11
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1911
08.02.2026, 14:55
ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin intihar etdiyi gecə ilə bağlı yeni görüntülərdə "narıncı kostyumlu bir şəxsin" kamerasına doğru getdiyi görünür.
ABŞ-ın CBS kanalının ekspert rəyləri ilə dəstəklənən analitik xəbərinə görə, Ədliyyə Nazirliyinin Epşteynlə bağlı yayımladığı son sənədlər göstərir ki, əvvəlki rəsmi məlumatlardan fərqli olaraq, milyarder iş adamının intihar etdiyi iddia edilən gecə hadisə yerində narıncı kostyumlu başqa bir şəxs də olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, xəbərdə deyilir: "Ədliyyə Nazirliyinin yeni dərc olunmuş ekspert rəyləri ilə dəstəklənən təhlilə əsasən, Ceffri Epşteynin ölüm gecəsindən təhlükəsizlik kamerası görüntülərini araşdıran müstəntiqlər 2019-cu il avqustun 9-da təxminən saat 22:39-da Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş və bağlı mərtəbəyə doğru pilləkənlərlə qalxan narıncı rəngli bir cisim müşahidə ediblər".
Epşteynin saxlanıldığı Metropolitan həbsxanasından video görüntülərin təhlili əsasında Federal Təhqiqat Bürosunun açıqlamasını vurğulayan xəbərdə deyilirdi: "L mərtəbədəki pilləkənlərdə narıncı bir şey var. Ola bilsin ki, bu, həmin mərtəbəyə aparılan məhbusdur" ifadəsinin "əvvəllər bildirilməmiş" bir şeyə işarə etdiyini və Ədliyyə Nazirliyinin müfəttişlərinin hesabatı ilə ziddiyyət təşkil etdiyini vurğulayan xəbərdə qeyd olunur: "Yeni səs yazıları həmin axşam Epşteynin mərtəbəsinin yaxınlığındakı proseslərlə bağlı əlavə suallar doğurur".
Ədliyyə Nazirliyinin sənədlərində eyni saat və dəqiqədə çəkilmiş görüntülər araşdırılıb və sözügedən şəxsin narıncı "çarşaf və ya yataq dəsti" daşıyan "naməlum" həbsxana zabiti ola biləcəyi irəli sürülüb. Ədliyyə Nazirliyinin və FTB-nin hesabatlarının nəzərdən keçirilməsi göstərib ki, Epşteynin öldüyü gecə növbətçi olan zabitlər son görüntülərdə adı çəkilən narıncı kostyumlu şəxslə bağlı heç vaxt dindirilməyiblər.
Bundan əlavə, sənədlərdən həmçinin məlum olub ki, həmin gecə Epşteynin kamerasının yerləşdiyi mərtəbədə növbətçi olan qadın zabit Tova Noel 2019-cu ildə gecənin bir hissəsində binadakı məhbus sayının bir nəfər az olması ilə bağlı dindirilib.
Həmçinin oxuyun
Noel ifadəsində bildirib ki, həmin gecə binadakı məhbusların sayını saat 22:00 ilə 03:00 arasında 72 olaraq qeyd etməkdə "yəqin ki, səhvə yol verib", halbuki məhbusların sayı əslində 73 idi və rəqəmin dəyişdiyini xatırlamır.
FTB-nin keçmiş direktor müavini Dan Bonqino da ötən yay “Fox News”a müsahibəsində iddia edib ki, Epşteynin ölüm gecəsi eyni mərtəbədə mühafizəçidən başqa heç kim olmayıb və "görüntülər olduqca aydındır". Həmin gecəni çəkdiyi bilinən yeganə kamera Epşteynin kamerasına aparan pilləkənləri qismən örtmək üçün yerləşdirilib, digər bucaqdakı kamera isə çəkiliş aparmayıb.
Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə ittiham olunan Ceffri Epşteynin şübhəli şəraitdə öldüyü həbsxanadan yayımlanan son görüntülər, həmin gecə baş verənlər və Epşteynin ölüm səbəbi ilə bağlı şübhələri daha da artırıb. Epşteynin kiçik qardaşı Mark Epşteyn uzun müddətdir ki, qardaşının qətlə yetirildiyinə inanır.
01:31 / 21 Mart 2026
372
01:28 / 21 Mart 2026
97
01:25 / 21 Mart 2026
113
01:11 / 21 Mart 2026
144
01:07 / 21 Mart 2026
104
00:58 / 21 Mart 2026
75
00:39 / 21 Mart 2026
81
00:38 / 21 Mart 2026
2872
00:30 / 21 Mart 2026
100
00:18 / 21 Mart 2026
100
00:10 / 21 Mart 2026
89
23:57 / 20 Mart 2026
181
23:51 / 20 Mart 2026
188
23:32 / 20 Mart 2026
284
23:21 / 20 Mart 2026
77
23:14 / 20 Mart 2026
87
23:06 / 20 Mart 2026
211
23:05 / 20 Mart 2026
75
22:58 / 20 Mart 2026
749
22:52 / 20 Mart 2026
101
22:42 / 20 Mart 2026
191
22:20 / 20 Mart 2026
7395
21:59 / 20 Mart 2026
530
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.