Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ordusu Livanın cənubunda "Hizbullah" silahlılarına zərbələr endirib

news/2026_01_25/isr_1769357809.jpg

DÜNYA

88

25.01.2026, 20:22

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı "Hizbullah"a məxsus silah istehsalı müəssisəsinə hava hücumu həyata keçirib.

Oxu24.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Livanın cənubundakı Bir əl-Sansal bölgəsində yerləşən müəssisədə silahlıların fəaliyyəti aşkarlanıb.

Livan mediasının məlumatına görə, zərbə nəticəsində bir neçə nəfər yaralanıb.

İsrail ordusu həmçinin Bekaa bölgəsində silahlıların hərbi infrastrukturuna zərbələr endirib.(report)