Nəsimi Musayev HƏBS EDİLDİ
02 Oktyabr 2026, 17:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
817
25.01.2026, 22:59
Bəzən valideynlər yeni doğulan qız uşaqlarının qulağına sırğa taxmaq üçün körpəlikdən iynə və qulaqdeşən tapança ilə sırğanın yerini açaraq yara sağalana kimi sap və ya sırğa taxırlar.
Lakin təəssüf ki, onlar erkən yaşda qulaqdeşmənin uşaqların səhhətində fəsadlar yarada biləcəyini nəzərə almırlar.
Saglamolun.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-pediatr Günay Rəsulova dediyinə görə, bunun üçün düzgün yaş dövrünü gözləmək lazımdır: “Ən azı 5 yaşınadək uşaqlarda belə hərəkətlərə yol vermək həm körpə üçün travma, həm də qulaqda yerli infeksiyalaşma riskini artırır.
Bundan başqa sırğaların körpələr tərəfindən çıxarılıb yeyilməsi, udulması, boğulması və başqa təhlükəli hadisələr qeydə alınır. Qulaq deşilməsi prosesi yalnız xəstəxana şəraitində və bütün sterilliyə riayət olunmaqla aparılmalıdır.
Bundan başqa körpələrin qulağına taxılan sırğaların dartılıb qulağı zədələmə ehtimalını nəzərə alaraq onun ölçüsünə də fikir vermək lazımdır”.
Həkim-pediatr qeyd edib ki, taxılan aksesuarların materialları da körpələrdə allergik reaksiyalar yarada bilər: “Qulaq deşdirən zaman sinirlərin zədələnməməsinə çalışmaq lazımdır. Əsasən gözəllik salonlarında aparılan həmin proses mütləq həkim nəzarəti ilə edilməlidir.
Valideyn özü iynə ilə evdə uşağın qulağını deşmək istəyəndə qanaxmaya yol verə bilər, yaxud infeksiyalaşma nəticəsində qulaq yarasına və ya dəri xəstəliyi yaranmasına səbəb olması mümkündür”.
Nəzərə almaq lazımdır ki, körpələrin qulaqlarındakı yumşaq toxumanı deşərək sırğa taxmaq uşağın gələcəkdə qulaq formasının dəyişməsinə də aparıb çıxara bilər.Saglamolun.Az
17:05 / 02 Oktyabr 2026
131
16:56 / 02 Oktyabr 2026
52
16:39 / 02 Oktyabr 2026
277
16:34 / 02 Oktyabr 2026
54
16:21 / 02 Oktyabr 2026
95
16:16 / 02 Oktyabr 2026
55
16:06 / 02 Oktyabr 2026
97
16:00 / 02 Oktyabr 2026
83
15:59 / 02 Oktyabr 2026
408
15:55 / 02 Oktyabr 2026
55
15:50 / 02 Oktyabr 2026
52
15:35 / 02 Oktyabr 2026
99
15:29 / 02 Oktyabr 2026
90
15:23 / 02 Oktyabr 2026
341
15:15 / 02 Oktyabr 2026
61
15:05 / 02 Oktyabr 2026
69
15:00 / 02 Oktyabr 2026
1687
14:48 / 02 Oktyabr 2026
193
14:45 / 02 Oktyabr 2026
90
14:43 / 02 Oktyabr 2026
101
14:42 / 02 Oktyabr 2026
70
14:40 / 02 Oktyabr 2026
77
14:22 / 02 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.