Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
828
24.01.2026, 17:17
Yaxın Şərqdə müharibə təhlükəsi yenidən gündəmin mərkəzinə çıxıb. İranın “bütün region müharibəyə cəlb olunacaq” xəbərdarlığı ABŞ və İsrailin Tehrana qarşı hərbi hazırlıqları fonunda ciddi narahatlıq doğurur.
Maraqlıdır, belə bir qarşıdurma halında regionda hansı ölkələr birbaşa risk altına düşə bilər?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İsrailin İrana qarşı müharibəyə hazırlaşdığı artıq gizli deyil və Tehrana hücum an məsələsi kimi qiymətləndirilir. Onun sözlərinə görə, İran da məhz bu səbəbdən xəbərdarlıq edir ki, mümkün hücum regionu genişmiqyaslı müharibəyə sürükləyəcək.
Məhəmməd Əsədullazadə
Politoloq qeyd edib ki, İranın ritorikasında region ölkələrinə açıq mesajlar var:
“İran bəyan edir ki, belə bir qarşıdurma olacağı təqdirdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yerləşən ABŞ hərbi bazaları hədəf alınacaq. Eyni zamanda Fars körfəzində hərbi əməliyyatlar aparılacağı və neft daşımalarının qarşısının alınacağı vurğulanır. Bu isə qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır”.
Əsədullazadə İranın regionda ABŞ-a məxsus bazalara hücum etmək potensialına malik olduğunu və hazırkı mərhələdə rejimin getdikcə daha aqressiv mövqe tutduğunu bildirib. Onun fikrincə, Tehran bu mesajlarla region ölkələrini ABŞ-ın İrana müdaxiləsinin qarşısını almağa təşviq etməyə çalışır:
“Əvvəllər Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Oman müəyyən mərhələlərdə gərginliyin azaldılması üçün vasitəçilik etməyə çalışsalar da, İranın ABŞ-la nüvə sazişinə getməməsi, şərtlərə əməl etməməsi və daxildə repressiv addımlar atması vəziyyəti daha da ağırlaşdırır. Artıq ABŞ üçün İranda rejim dəyişikliyi strateji plan səviyyəsinə keçib. Bu isə regionu ciddi təhlükə qarşısında qoyur”, – deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, İranın açıqlamaları fonunda Yaxın Şərqdə gərginliyin daha da artması və bir sıra ölkələrin birbaşa risk altına düşməsi ehtimalı yüksək olaraq qalır.
14:44 / 14 Noyabr 2026
49
14:31 / 14 Noyabr 2026
54
14:24 / 14 Noyabr 2026
130
14:19 / 14 Noyabr 2026
75
14:15 / 14 Noyabr 2026
71
14:09 / 14 Noyabr 2026
174
13:50 / 14 Noyabr 2026
1391
13:48 / 14 Noyabr 2026
104
13:16 / 14 Noyabr 2026
100
13:03 / 14 Noyabr 2026
98
12:49 / 14 Noyabr 2026
122
12:25 / 14 Noyabr 2026
113
12:09 / 14 Noyabr 2026
125
11:58 / 14 Noyabr 2026
122
11:50 / 14 Noyabr 2026
107
11:39 / 14 Noyabr 2026
104
11:32 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
128
11:09 / 14 Noyabr 2026
120
11:00 / 14 Noyabr 2026
139
10:58 / 14 Noyabr 2026
125
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.