Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
14 Noyabr 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
855
18.01.2026, 19:44
İranın hüzünlü Sürəyyəsi: Şah onu boşayanda niyə ağlayırdı?
İranda növbəti dəfə gərginliyin yaşanması bu ölkənin tarixində böyük faciələr yaşamış simaları yenidən gündəmə gətirir. Bu adlardan biri də keçmiş İran şahı Rza Pəhləvinin ikinci həyat yoldaşı, “Qəmgin şahzadə” kimi tanınan Süreyyə İsfəndiyari Bəxtiyardır. Onun saraydan uzaqlaşdırılmasından sonra Gülüstan sarayı heç bir kraliçaya xoşbəxtlik gətirmədi.
Qonşu İran tarix boyu sakitlik və sabitlik üzü görməyib. Siyasi çevrilişlər, üsyanlar və hakimiyyət savaşları ölkə xalqına daim ağrı-acı yaşadıb. Bu taleyin ən simvolik fiqurlarından biri isə zümrüd gözləri ilə məşhur olan Süreyyə idi. Deyilənə görə, onun ahı bu gün də qarışan İranın üzərində kölgə kimi dolaşır.
1941–1979-cu illərdə İranı idarə edən Şah Rza Pəhləvi ilk evliliyini 1939-cu ildə Misir şahzadəsi Fövziyyə ilə qurmuşdu. Bu nikahdan Şəhnaz adlı qız övladı dünyaya gəlsə də, taxta oğlan uşağı varis vermədiyi üçün cütlük 1945-ci ildə ayrıldı.
Şahın ikinci evliliyi isə 1951-ci ildə Tehrandakı Gülüstan sarayında Süreyyə İsfəndiyari ilə oldu. İranlı diplomat Xəlil İsfəndiyari ilə alman əsilli Eva Karlın yeganə qızı olan Süreyyə İranda doğulsa da, Avropada böyümüşdü. Onu Şahla bağlayan təkcə sevgi deyil, həm də taxta varis vermək arzusu idi. Lakin Süreyyə ana ola bilmədi. O dövrdə tibbin imkanları məhdud idi və saray təzyiqləri nəticəsində bu sevgi yeddi ildən sonra sona çatdı.
1958-ci ildə Şah göz yaşları içində boşandıqlarını açıqladı. “Mənim xoşbəxtliyim qurban verildi”, – deyən Süreyyə ömrünün qalan hissəsini Avropada keçirdi. Bir müddət italyan rejissor Franko İndovina ilə romantik münasibət yaşasa da, onun 1972-ci ildə təyyarə qəzasında həlak olması Süreyyəni bir daha sındırdı. Bundan sonra “Qəmgin şahzadə” həyatının sevgi səhifəsini birdəfəlik bağladı.
Şah isə 1959-cu ildə Fərəh Diba ilə evləndi və bu nikahdan ikisi oğlan olmaqla dörd övladı dünyaya gəldi. Lakin taxt bu ailəyə də səadət gətirmədi. 1979-cu ildə Ayətullah Xomeyninin rəhbərliyi ilə baş verən inqilabdan sonra Pəhləvi ailəsi ölkəni tərk etdi. Şah Rza Pəhləvi 1980-ci ildə Misirdə vəfat etdi. Sonrakı illərdə ailə faciələri davam etdi: qızı Leyla 2001-ci ildə Londonda, oğlu Əli Rza isə 2011-ci ildə intihar edərək həyatını itirdi.
Bu gün İran yenidən qarışarkən, ABŞ-da yaşayan Rza Pəhləvi taxta qayıtmaq arzularını gizlətmir. Onu bu yolda anası, sabiq şahbanu Fərəh Diba da dəstəkləyir.
“Son dəfə görüşək…”
Şah Rza Pəhləvi ölüm yatağında olarkən, ikinci həyat yoldaşı Süreyyəyə onu görmək istədiyini bildirən məktub göndərmişdi. Şah “Gözləyirəm” deyə cavab versə də, Süreyyə Misirə çatanda artıq gec idi – Şah dünyasını dəyişmişdi. Bu, Süreyyənin həyatındakı son böyük sarsıntı oldu. O, 2001-ci ildə 69 yaşında Parisdə vəfat etdi.
Onların sevgisi illər öncə bitmişdi, amma deyəsən, heç vaxt ölməmişdi(musavat.com)
18:21 / 14 Noyabr 2026
21
18:09 / 14 Noyabr 2026
51
18:06 / 14 Noyabr 2026
342
18:03 / 14 Noyabr 2026
49
17:18 / 14 Noyabr 2026
132
17:15 / 14 Noyabr 2026
94
16:20 / 14 Noyabr 2026
108
16:05 / 14 Noyabr 2026
151
15:45 / 14 Noyabr 2026
116
15:27 / 14 Noyabr 2026
283
15:25 / 14 Noyabr 2026
125
15:07 / 14 Noyabr 2026
256
15:05 / 14 Noyabr 2026
135
14:44 / 14 Noyabr 2026
174
14:31 / 14 Noyabr 2026
124
14:24 / 14 Noyabr 2026
709
14:19 / 14 Noyabr 2026
124
14:15 / 14 Noyabr 2026
115
13:50 / 14 Noyabr 2026
3114
13:48 / 14 Noyabr 2026
150
13:16 / 14 Noyabr 2026
146
13:03 / 14 Noyabr 2026
130
12:49 / 14 Noyabr 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.