Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski fövqəladə vəziyyət elan etdi

2025/02/15/1739568729_zelenski45658521232565458789.jpg

DÜNYA

76

14.01.2026, 23:58

Ukrayna Prezidenti Volodimir Zelenski enerji sahəsində fövqəladə vəziyyət elan edib.

Oxu24.com  xəbər verir ki, Zelenski hökumətə bu vəziyyətə uyğun olaraq qaydalar hazırlamağı tapşırıb.

"Fövqəladə vəziyyət dövründə bəzi şəhər və rayonlar üçün komendant saatını ləğv edə bilərik", - Zelenski bildirib.

Onun sözlərinə görə, bu, insanların istənilən vaxt bütün lazımi dəstəyi ala bilməsi və müəssisələrin enerji sistemindəki vəziyyəti nəzərə alaraq işlərini daha rasional şəkildə planlaşdıra bilməsi üçün lazımdır.

Ukraynanın Zakarpatye bölgəsi istisna olmaqla, bütün bölgələrində komendant saatı tətbiq olunur. Bu, regional hərbi administrasiyalar tərəfindən tətbiq olunur və adətən gecə yarısından səhər saat 5-ə qədər davam edir.

Yanvarın 14-də Ali Rada Ukraynada hərbi vəziyyət və səfərbərliyin daha 90 gün uzadılmasına qərar verib.