Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
657
14.01.2026, 22:43
Balakişi bəy Ərəblinski 30 avqust, 1828-ci ildə Zaqatala mahalının Tala kəndində doğulub.Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy 1848-ci ildə Sankt-Peterburqdakı Birinci dərəcəli kadet korpusunu uğurla bitirərək kornet rütbəsi alıb.
Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşlarında polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilib.
Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski 50 illik xidməti dövründə Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak edib.
General-leytenant B.Ərəblinski Qafqazın müsəlman əhalisi arasında Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi.1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıdır, ömrünün axırına kimi orada yaşayır, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq edir.Yerli əhali arasında gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanan general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci il, yanvarın 1-də vəfat edib və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunub.
General-leytenant Ərəblinskinin 2 nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi isə Bakıda yaşayıblar.
Ərəblinskilər nəslindən bir neçə hərbçi yetişib. Misal olaraq podpolkovnik Həmzalov, onun oğlu podpolkovnik Əli bəyi və Azərbaycan ordusunda zabit kimi xidmət edən Şərif Ərəblinskini qeyd etmək olar.
26 avqust 2022-ci ildə nəticəsi, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu Vahid Ərəblinski Goranboy rayonu ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub.
Balakişi Ərəblinskinin İki qız övladı olub: Nurcahan xanım və Sona xanım. General-leytenant Ərəblinski məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qaynatası idi. Generalın kiçik qızı Sona xanım Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı idi.
Rusiya İmperator Ordusunun zabiti B.Ərəblinskinin qüsursuz xidmətləri müxtəlif orden, silahlar və digər mükafatlarla qiymətləndirilib...
Hazırladı: Namiq Həsənov
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.