Qaynar xətt:

(+99450) 247 90 86

Röyanın "Şöhrət" ordeni arzusu qalmaqal yaratdı - Toyda oxumaqla medal verirlər?.

Röyanın \"Şöhrət\" ordeni arzusu qalmaqal yaratdı - Toyda oxumaqla medal verirlər?.

ŞOU-BİZNES

732

14.01.2026, 21:29

Xalq artisti Röya Ayxan ən böyük arzusunu açıqlayıb. Müğənni "Şöhrət" ordeninə layiq görülmək istədiyini bildirib:

"Bu günə qədər özümə güvənmirəm. Nə etmişəm ki? Şöhrət ordeni qazanmayana, ona layiq olmayana qədər nə etmişəm ki? O mükafat çox gözəldir. Mənsum müəllim o adı alanda böyük həyəcan keçirmişdim. Güzgüdə özümə baxıb demişdim ki, sən durmayacaqsan, çalışacaqsan və nail olacaqsan".

Oxu24.com  xəbər verir ki, Röya Ayxanın bu səmimi etirafı sosial şəbəkələrdə marağa səbəb olub. Hətta bəziləri onu "dövlət üçün nə etmisən?” deyə qınayıb. Bu gün 10-20 min manata toya gedən bir müğənni niyə "Şöhrət" ordeni almağı arzulasın ki? Yaxud da bu medal müğənniyə hansı halda verilə bilər?

Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında sənət adamlarının həvəsləndirilməsinin bir neçə formada təltiflərdən keçdiyini bildirib:

"Keçmiş sovet və ona yaxın ölkələrdə Xalq artisti, Əməkdar artist fəxri adları ilə yanaşı, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni və s. müxtəlif orden və medallarla təltif olunma kimi variantlar da var. Röya xanım Xalq artisti fəxri adını alandan sonra qarşısına məqsəd qoyub ki, daha yüksək dövlət mükafatı, orden və medallarla təltif olunsun. Dünyada aktyor və aktrisalar müxtəlif musiqi yarışmalarında ad-san qazanmaq, birinci yeri tutmaq, musiqiləri ilə vətəndaşları heyrətləndirmək istəyirlər. Bizimkilər isə hələ də köhnə sovet ənənəsinə uyğun olaraq adlarla yanaşı, orden, medalla təltif olunmasını qarşısına məqsəd qoyur. Bu, normal qarşılanmalıdır, hər bir sənətçi qarşısına bir məqsəd qoyur və ona çatmaq üçün sənətində müxtəlif yeniliklər edir. Röya Ayxan da zəhmətkeş müğənnidir”Bakupost.az

Aydın Xan Əbilovun fikrincə, hər bir Azərbaycan vətəndaşı kimi onun da orden, medal almaqla bağlı məqsədi normal qarşılanmalıdır, amma:

"Amma bir məsələ var, keçmiş SSRİ-də dövlət konsert birlikləri vardı. Müəyyən mənada ad almaq, yaxud ordenlərə sahib olmaq üçün mütləq dövlət büdcəsinə hansısa qastrollarınla, konsertlərinlə çox böyük fayda verməli idin. Bu gün bunlar yoxdur. Sənətçilər dövlət tədbirlərində iştirak edəndə onun qonorarının davasını edir, yaxud da təltiflər, ənamlar istəyir. Büdcəmizə, yaxud da hansı dövlət qurumuna fayda veriblər ki, onlar ad-san, medal davası edir? Bildiyim qədər normativ aktlar var. Həmin aktlara görə 100 mindən çox manat qazanırdılarsa, ondan sonra nəyəsə iddialı ola bilərdilər. Bu da normal idi, müğənni çalışırdı, qastrollara gedirdi, kənd təsərrüfatı, sənaye zəhmətkeşlərinin qarşısında çıxış edirdi, onların estetik sənət baxışlarını yüksəldirdi. Əvvəllər yenə də Heydər Əliyev Sarayında konsert verərdilər, indiki müğənnilər toydan başqa nə edirlər? Hər gün toydan qazandığı puldan vergi verirlər? Əgər verirlərsə, o zaman iddialı ola bilər. Məsələn, Röya xanım tez-tez əsgərlərin qarşısında konsertlər verir, dövlət tədbirlərində iştirak edir, amma bu biznes deyil, humanist xarakterli çıxışlardır. Orada hansısa büdcəyə ödəmələr olmur”.

"Haçan görmüşük ki, müğənnilər şəhid ailəsindən birinə ev verib və yaxud da yoxsulun hansısa xəstəliyinin müalicə xərclərini çəkib? Halbuki onların imkanları var. Biz bunları görmürük. Fakt, bunlar yoxdur. Yoxdursa, onların belə arzuları da absurd səslənir. Bu baxımdan biznesmen də deyə bilər ki, iş yerləri yaratmışam, əhalinin sosial rifahı və iqtisadiyyatı üçün işlər görürəm, belə olarsa, niyə mənə ad-medal verilmir? Onlar da istəyə bilər və haqlıdırlar da”.

Aydın Xan Əbilov müxtəlif qurumlar, yaxud da dövlət tərəfindən Röyanın çoxlu mükafatlarla təltif edildiyini vurğulayıb:

"Zeynəb Xanlarova, Rəşid Behbudov kimi dünya səhnələrində çıxış edib Azərbaycanın büdcəsinə milyonlarla valyuta və eləcə də respublikanın daxilində büdcəyə vəsait gətirən sənətkarlarla indiki müğənniləri müqayisə edə bilmərik. İndikilər nə bir qeyri-adi məktəb yaradırlar, nə də dövlət büdcəsinə milyonlarla gəlir gətirirlər. Gəlin hər şeyin halallığını istəyək. Müğənni ad-san, medal arzulayırsa, onun qarşılığında dövlətə nəsə verməlidir. Toyda bir-iki mahnı oxumaqla, rəqs etməklə bu töhfəni vermirlər. Müğənni nə şairdir, nə yazıçı, nə də müəllifdir, sadəcə kreativ biznesin bir nümayəndəsidir. Necə ki fəhlə gedib zavodda işləyib, fermer heyvan saxlayıb pul qazanırsa, müğənni də səsi ilə pul qazanır. Bu da onun birbaşa yaradıcılığı deyil. Çünki mahnını ona təqdim edən şəxslər – bəstəkar, şair, aranjimançı var”.

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0