Qaynar xətt:

(+99450) 247 90 86

İrandakı hadisələrin arxasında İŞİD dayanır? - AÇIQLAMA 

news/2026_01_12/iran_prod_1768208700.jpg

DÜNYA

73

14.01.2026, 21:59

İslam Respublikasının qurucusunun nəvəsi Həsən Xomeyni İranın zorakı xalq olmadığını və bu cür zorakılığın İran xalqına aid olmadığını deyib. "Dörd nəfərin başını kəsmək, qarınlarını bıçaqla kəsmək və cəsədləri yandırmaq etiraz etmək deyil. Məscidlərin dağıdılması İŞİD-nin açıq-aşkar zorakılığıdır. Bu hadisələrin arxasında regiondakı bəzi ölkələrdən ölkəmizə daxil olan İŞİD hərəkatı dayanır", - deyə o bildirib.

Baş verən hadisələrin arxasında həqiqətən İŞİD dayanır, yoxsa bu xalqın öz üsyanıdır?

 Oxu24.com Politoloq Elşad Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, artıq iki həftədən çoxdur İranda etiraz aksiyaları, mitinqlər və iğtişaşlar davam edir.

"Xüsusilə son günlər, daha dəqiq desək yanvarın 9-u qanlı hadisələrlə yadda qaldı. Çox sayda insan həlak oldu. Təxminən 48 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşı, yüzlərlə isə dinc vətəndaş həyatını itirdi. Son üç gündür İran hakimiyyətinin nümayəndələri bəyan edirlər ki, bu iğtişaşlarda əsasən xaricdən gələn terrorçu qruplar, o cümlədən İŞİD üzvləri iştirak edir. Mən hesab edirəm ki, bu ehtimalı tam istisna etmək olmaz. İran hazırda qarışıq vəziyyətdə olduğu üçün xaricdən müəyyən qüvvələrin ölkəyə sızaraq hadisələrdə iştirak etməsi mümkündür. Doğrudan da, İran vətəndaşlarının etiraz edərək məscidləri dağıtmasına inanmaq çətindir. Bu, prosesdə ciddi və fərqli faktorların mövcudluğunu göstərir. Lakin eyni zamanda unutmamalıyıq ki, İran əhalisi artıq 47 ildir fars molla rejiminin zülmünə dözür. Müxtəlif dövrlərdə etirazlar da olub. Bu rejimin apardığı siyasət nəticəsində İran kimi böyük bir dövlət bu gün aclıq və səfalət içindədir. Ölkənin var-dövləti dini hakimiyyət nümayəndələri tərəfindən talan edilərək xarici banklarda saxlanılır, əhali isə yoxsulluq içində yaşayır. Milli pul vahidi demək olar ki, tam dəyərini itirib. Bütün bunlar insanları küçələrə çıxmağa məcbur edib".

Azərbaycanın müstəqil siyasətini həzm edə bilmirlər” – Elşad Həsənov - ÖZƏL

Müsahibimizin fikrincə, proses onu göstərir ki, hazırkı İran hakimiyyəti xalqın istəklərini və tələblərini yerinə yetirə bilmir

"Məhz buna görə də xalq hakimiyyətin siyasətdən çəkilməsini tələb edir. Təsadüfi deyil ki, bu gün dini rəhbər Xameneiyə qarşı “ölüm” şüarları səsləndirilir. Bu isə artıq narazılığın son həddə çatdığını göstərir. Bir daha qeyd edirəm, istisna etmirəm ki, müəyyən terrorçu qrupların, o cümlədən İŞİD üzvlərinin hadisələrdə iştirakı ola bilər. Lakin baş verənlərin böyük əksəriyyəti xalq etirazıdır. Xalq nümayəndələrinin silahlarla, pulemyotlarla qətlə yetirilməsi isə yalnız ağır və faciəvi nəticələrə gətirib çıxara bilər. Bu gün bütün dünyanın diqqət mərkəzində İran hakimiyyətinin apardığı bu təcavüzkar siyasət dayanır. Hesab edirəm ki, əgər bu proses tezliklə dayandırılmasa, xalqa qarşı zorakılıq davam etsə, ABŞ Prezidenti Donald Trampın da qeyd etdiyi kimi, İranda daha ciddi hadisələr baş verə bilər. Mövcud siyasət İran xalqını zülmə məruz qoyur. Xalq azadlığına qovuşmalı, istədiyi kimi yaşamalıdır. Buna görə də bu diktə rejimi hakimiyyətdən getməlidir", - deyə siyasi şərhçi yekunlaşdırdı.