Qaynar xətt:

(+99450) 247 90 86

Vəzifəli şəxsdən Atatürkə qarşı hörmətsizlik 

news/2025_12_31/1543239_1767188261.jpg

DÜNYA

104

31.12.2025, 17:35

Türkiyədə daha bir vəzifəli şəxs dövlətin qurucusu Mustafa Kamal Atatürkə qarşı hörmətsizlik edib. Xoşagəlməz hadisə Bursa şəhərində baş verib.

Oxu24.com  yerli mediaya istinadla xəbər verir ki, bir neçə gün əvvəl Bursa dövlət xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunan Melike Savaşın ilk işi kabinetindəki Atatürk portretini götürtmək olub. Xanım baş həkimin bu davranışı etirazla qarşılanıb. Türkiyə Böyük Millət Məclisinin üzvləri Kayahan Pala və Selçuk Türkoglu baş həkimdən ölkənin səhiyyə naziri Kemal Memişoğluna şikayət ediblər.

Aradan 15 gündən çox vaxt keçməsinə baxmayaraq, nazir məsələyə münasibət bildirməyib.