Türkiyə “atəşi kəsin” dedi, Rusiya atəş püşkürdü
10 Avqust 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
560
16.10.2025, 14:42
Gürcüstanın Xarici İşlər Nazirliyi Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Gürcüstana səfəri ilə bağlı ATƏT Katibliyinə etiraz notası göndərib.
Oxu24.com xəbər verir ki, oktyabrın 14-də Gürcüstana səfəri zamanı Finlandiyanın xarici işlər naziri Tbilisinin mərkəzindəki Rustaveli prospektində keçirilən etiraz aksiyasında iştirak edib və onun iştirakçılarına dəstəyini bildirib.
Valtonen aksiyaya getməzdən əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
Oktyabrın 15-də səhər saatlarında Finlandiyanın xarici işlər naziri ilə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında görüş nəzərdə tutulsa da, Kobaxidze görüşü ləğv edib.
Gürcüstan Xarici İşlər Nazirliyinin ATƏT Katibliyinə göndərdiyi notada qeyd olunub ki, nazir Valtonen Gürcüstana rəsmi səfərinə daxil olan proqramla yanaşı, bir qrup anti-hökumət fəalının təşkil etdiyi küçə etirazına qatılıb və bəyanatla çıxış edib.
"Nazir Valtonenin reallığı əks etdirməyən açıq bəyanatı Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti qəsdən çaşdırmaq cəhdidir", - Gürcüstan Xarici İşlər Nazirliyinin notasında deyilir.
Nazirlik hesab edir ki, bu hərəkətlər ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və sədrliyin mandatından sui-istifadə kimi qiymətləndirilə bilər ki, bu da etimadı və gözlənilən neytrallığı sarsıdır.
“Bu hərəkətlər Helsinki Yekun Aktında, BMT-nin A/RES/20/213 qətnaməsində və ATƏT-in qayda və prosedurlarında əksini tapan suverenliyə hörmət və daxili işlərə qarışmamaq da daxil olmaqla, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri ilə bir araya sığmır və Gürcüstan Xarici İşlər Nazirliyinin Diplomatik notasında Vyana Konvensiyasının ruhuna ziddir”.
Valtonenin Gürcüstana səfəri başa çatdıqdan sonra ATƏT rəsmi press-reliz yayıb və qeyd edib ki, yüksək səviyyəli görüşlər zamanı Valtonen ATƏT-in Cenevrə Beynəlxalq Müzakirələrini və insidentlərin qarşısının alınması mexanizmini dəstəkləməyə sadiqliyini bir daha təsdiqləyib.
Finlandiyanın xarici işlər naziri Gürcüstanda demokratiyanın vəziyyətindən və vətəndaş cəmiyyətinin, medianın və jurnalistlərin işinə mane olan məhdudlaşdırıcı qanunlardan narahatlığını ifadə edib.
Daha sonra Gürcüstanın “İmedi” telekanalı xəbər yayıb ki, Finlandiyanın xarici işlər naziri Elina Valtonen oktyabrın 14-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı yolu bağladığına görə cərimələnib.
Gürcüstan qanunlarına görə, etirazçıların sayı təbii yolla yolu bağlamaq üçün yetərli deyilsə, nəqliyyat vasitələri ilə hərəkətə mane olmaq 5000 lari məbləğində cərimə ilə cəzalandırılır.
Nigar
23:41 / 10 Avqust 2026
54
23:41 / 10 Avqust 2026
64
23:24 / 10 Avqust 2026
72
22:32 / 10 Avqust 2026
68
22:10 / 10 Avqust 2026
75
21:49 / 10 Avqust 2026
79
20:42 / 10 Avqust 2026
86
20:35 / 10 Avqust 2026
76
20:01 / 10 Avqust 2026
81
19:43 / 10 Avqust 2026
102
19:36 / 10 Avqust 2026
200
19:05 / 10 Avqust 2026
88
18:56 / 10 Avqust 2026
87
18:24 / 10 Avqust 2026
95
17:59 / 10 Avqust 2026
89
17:40 / 10 Avqust 2026
105
17:15 / 10 Avqust 2026
100
16:59 / 10 Avqust 2026
93
16:45 / 10 Avqust 2026
93
16:33 / 10 Avqust 2026
138
16:30 / 10 Avqust 2026
121
16:08 / 10 Avqust 2026
102
15:54 / 10 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.