Bəşəriyyət qorxunc təhlükə ilə üz-üzə
16 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1083
10.10.2025, 15:10
Fələstinin radikal HƏMAS hərəkatı istənilən şəraitdə tərksilah ediləcək, Qəzza zolağı isə silahsızlaşdırılacaq.
Oxu24.com RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“Biz HƏMAS-ı hər tərəfdən sıxışdırırıq, HƏMAS-ı tərksilah edəcək və Qəzzanı tərxis edəcək planın növbəti mərhələlərinə hazırlaşırıq”.
İsrail baş nazirinin sözlərinə görə, Qüds buna istənilən vasitə ilə nail olacaq.
Oktyabrın 9-da HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyya bəyan edib ki, vasitəçilər və ABŞ səlahiyyətliləri qruplaşmaya regionda münaqişənin “son nəticəsinə” zəmanət verib.
O bildirib ki, əldə olunan razılaşmalar arasında hərbi əməliyyatların tam dayandırılması, İsrail qüvvələrinin Zolaqdan çıxarılması, humanitar yardımın maneəsiz çatdırılması və münaqişə tərəfləri arasında əsirlərin mübadiləsi var.
Bununla belə, Misirin Dövlət Xəbər Xidmətinin rəhbəri Diaa Rəşvanın sözlərinə görə, HƏMAS tam tərksilah etməkdən imtina edib və yalnız atəşkəs razılaşmasına uyğun olaraq silahların istifadəsini dondurmağa razılaşıb.
Bundan əvvəl Netanyahunun ofisi girovların azad edilməsi üçün mümkün vaxt cədvəlini açıqlamışdı.
Nigar
15:18 / 16 Noyabr 2026
12
15:00 / 16 Noyabr 2026
44
14:30 / 16 Noyabr 2026
92
14:24 / 16 Noyabr 2026
79
14:19 / 16 Noyabr 2026
108
14:14 / 16 Noyabr 2026
79
14:10 / 16 Noyabr 2026
105
14:05 / 16 Noyabr 2026
85
14:00 / 16 Noyabr 2026
81
13:51 / 16 Noyabr 2026
126
13:47 / 16 Noyabr 2026
471
13:41 / 16 Noyabr 2026
113
13:40 / 16 Noyabr 2026
96
13:38 / 16 Noyabr 2026
212
13:35 / 16 Noyabr 2026
90
13:22 / 16 Noyabr 2026
112
13:16 / 16 Noyabr 2026
443
13:10 / 16 Noyabr 2026
135
13:06 / 16 Noyabr 2026
95
13:03 / 16 Noyabr 2026
102
13:01 / 16 Noyabr 2026
106
12:49 / 16 Noyabr 2026
104
12:44 / 16 Noyabr 2026
1058
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.