Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Opera müğənnisi qarışıq 5 nəfər həbs olundu  - Gürcüstanda GƏRGİNLİK 

SON DƏQİQƏ! Opera müğənnisi qarışıq 5 nəfər həbs olundu  - Gürcüstanda GƏRGİNLİK 

DÜNYA

588

07.10.2025, 16:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanda oktyabrın 4-də bələdiyyə seçkiləri günü prezident sarayına basqın edən 5 nəfər həbs edilib.

Oxu24.com  xəbər  verir   ki,opera müğənnisi Paata Burçuladze, Gürcüstanın keçmiş baş prokuroru Murtaza Zodelava, müxalifət nümayəndələri İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze barəsində həbs-qətimkan tədbiri seçilib.

Onların heç biri özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxslər həmçinin vətəndaşları hakimiyyətə qarşı mübarizəni davam etdirməyə çağırırlar.

Yerli  medianın   məlumatına görə, təqsirləndirilən şəxslərin vəkilləri də israr ediblər ki, məhkəmə onları həbs-qətimkan tədbiri olmadan azad etməlidir.

Oktyabrın 4-də Gürcüstanda yerli seçkilər fonunda etirazlar başlayıb. Etirazçılar Orbeliani sarayının həyətinə də soxulublar.

Nigar