Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
12 Oktyabr 2026, 17:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
773
22.09.2025, 10:00
Əfqanıstandakı Taliban ABŞ-ın Baqram Hava Bazasını geri qaytarmaqla bağlı tələbini qətiyyətlə rədd edib.
Oxu24.com xəbər verir ki,Əfqan rəsmiləri xarici qoşunların ölkəyə geri buraxılmayacağını bəyan edərək, lazım gələrsə, daha 20 il döyüşəcəklərini bəyan ediblər.
Taliban Kəşfiyyat Direktorunun müavini Molla Tacmir Cavad Əfqanıstanın heç bir bazadan imtina etməyəcəyini bildirərkən, müdafiə naziri Məhəmməd Yaqub Mücahid "Bizim cavabımız belədir: Əgər ölkənizi tərk etmək istəmirsinizsə və hərbi bazaları istəyirsinizsə, sizinlə daha 20 il döyüşməyə hazırıq", deyə o qeyd edib.
“Truth Social” adlı sosial media hesabında paylaşım edən ABŞ prezidenti Donald Tramp ötən gün “Əfqanıstan Baqram Hava Bazasını ABŞ-a qaytarmasa, pis şeylər baş verəcək” deyib.
Ötən həftə (cümə axşamı) Böyük Britaniyaya rəsmi səfərinin son günündə keçirdiyi mətbuat konfransında Tramp Əfqanıstandakı Baqram Hava Bazasının əhəmiyyətini vurğulayaraq, "Biz onu geri almağa çalışırıq, ona ehtiyacımız var. Biz o bazanı geri istəyirik. Baza istəməyimizin səbəblərindən biri də Çinin nüvə silahlarını istehsal etdiyi yerdən bir saatlıq məsafədə olmasıdır", deyə qeyd edib.
Nigar
17:26 / 12 Oktyabr 2026
1
17:24 / 12 Oktyabr 2026
26
17:21 / 12 Oktyabr 2026
23
17:11 / 12 Oktyabr 2026
48
16:59 / 12 Oktyabr 2026
728
16:54 / 12 Oktyabr 2026
161
16:49 / 12 Oktyabr 2026
64
16:40 / 12 Oktyabr 2026
77
16:32 / 12 Oktyabr 2026
214
16:28 / 12 Oktyabr 2026
83
16:17 / 12 Oktyabr 2026
268
16:13 / 12 Oktyabr 2026
798
16:08 / 12 Oktyabr 2026
324
16:03 / 12 Oktyabr 2026
529
15:54 / 12 Oktyabr 2026
256
15:46 / 12 Oktyabr 2026
197
15:36 / 12 Oktyabr 2026
700
15:30 / 12 Oktyabr 2026
213
15:22 / 12 Oktyabr 2026
1885
15:21 / 12 Oktyabr 2026
124
15:15 / 12 Oktyabr 2026
282
15:07 / 12 Oktyabr 2026
336
15:06 / 12 Oktyabr 2026
739
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.