Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb
22 Sentyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
618
22.09.2025, 09:11
Türkiyədə yaşayan 21 yaşlı Fatma Nur Öztürk, şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edib. Həkimlərin apardığı əməliyyat zamanı onun bədənindən 287 ədəd müxtəlif ölçüdə daş çıxarılıb. Bu nadir hal həm tibbi heyəti, həm də gənc qızı və ailəsini təəccübləndirib.
Öztürk, doğuşdan gələn və sidik kisəsinin ön divarının bağlı olmaması ilə xarakterizə edilən ekstrofi vezika və epispadias adlanan nadir uroloji problem səbəbindən əvvəllər də bir neçə dəfə əməliyyat olunubmuş. Son aylarda şiddətli ağrılar yaşayan gənc qız İstanbul Tədris və Araşdırma Xəstəxanasına müraciət edib. Burada uroloji və ginekoloji onkologiya mütəxəssislərinin birgə əməliyyatı ilə vajen bölgəsindən daşların çıxarıldığı bildirilib.
Həkimlər əməliyyat zamanı bütün boşluğun daşlarla dolu olduğunu görüb. Ən böyük daşın ölçüsü 2,5 sm olub. Əməliyyat uğurla yekunlaşıb və daşların təkrar yaranmaması üçün plastik rekonstruksiya aparılıb.
Fatma Nur Öztürk əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyib:
"Bu qədər daş gözləmirdik, sanki çınqıl daşları idi. Mən 80-100 daş ola bilər deyirdim, amma 287 olduğunu eşidəndə çox təəccübləndim. İndi ağrılarım keçib, özümü çox yaxşı hiss edirəm. Həkimlərimə təşəkkür edirəm."
Uroloq Doç. Dr. Erkan Erkan hadisəni belə şərh edib:
"Pasiyentimiz doğulduğu gündən nadir bir anomaliya səbəbindən əməliyyatlar keçirib. Əməliyyat zamanı daşların sidik kisəsində deyil, vajen boşluğunda toplandığını gördük. 287 daş çıxarmaq həm bizim, həm də tibbi ədəbiyyat üçün çox nadir rast gəlinən hadisədir. Bu, dünyada qeyd olunan ikinci oxşar hal ola bilər."
Ginekoloji onkologiya mütəxəssisi Op. Dr. Emin Erhan Dönməz isə əlavə edib ki, daşların uzun illər ərzində yavaş-yavaş əmələ gəldiyi düşünülür:
"Vajendə sidiyin göllənməsi səbəbindən minerallar çökmüş və daşlar yaranmışdır. Bu qədər çox daşla bağlı tibbi ədəbiyyatda indiyə qədər heç bir nümunəyə rast gəlməmişik."
Həkimlər doğuşdan gələn bu cür anomaliyaların erkən diaqnozunun vacibliyini vurğulayıb və bu xəstələrin mütəmadi nəzarətdə saxlanmasının həyati əhəmiyyət daşıdığını bildiriblər.
01:29 / 23 Sentyabr 2026
129
01:24 / 23 Sentyabr 2026
82
01:20 / 23 Sentyabr 2026
71
01:13 / 23 Sentyabr 2026
80
00:15 / 23 Sentyabr 2026
75
00:14 / 23 Sentyabr 2026
99
23:57 / 22 Sentyabr 2026
837
23:56 / 22 Sentyabr 2026
82
23:42 / 22 Sentyabr 2026
73
23:24 / 22 Sentyabr 2026
97
22:54 / 22 Sentyabr 2026
80
22:39 / 22 Sentyabr 2026
89
22:34 / 22 Sentyabr 2026
75
22:15 / 22 Sentyabr 2026
77
21:43 / 22 Sentyabr 2026
73
21:29 / 22 Sentyabr 2026
81
21:19 / 22 Sentyabr 2026
90
21:10 / 22 Sentyabr 2026
84
21:00 / 22 Sentyabr 2026
86
20:55 / 22 Sentyabr 2026
90
20:39 / 22 Sentyabr 2026
93
20:37 / 22 Sentyabr 2026
1099
20:15 / 22 Sentyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.