İnstaqramın yeni dizaynı sosial şəbəkələrdə müzakirə yaratdı
14 Avqust 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
667
30.08.2025, 10:15
“Apple” şirkəti 2026-cı ildə qatlana bilən “iPhone” modelini istehsal edərək satışa çıxardacaq.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı “Bloomberg”in yazarı Mark Qurman paylaşıb.
Onun sözlərinə görə, “iPhone”nin bu yeni modeli “Apple” şirkətinin istehsal etdiyi ən iddialı model olacaq.
Belə ki, qatlana bilən “iPhone” kitab kimi açılacaq.
Bu model bağlandıqda, 13-15 sm xarici ekranı ilə ənənəvi “iPhone” kimi istifadə edilə bilər.
Açıldıqda isə istifadəçilərə böyük 20 sm daxili ekran təqdim olunacaq.
Cihazda cəmi dörd kamera olacaq.
Yeni model “Face ID” əvəzinə “Touch ID” istifadə edəcək. Barmaq izi sensoru cihazın yan tərəfindəki güc düyməsinə (on-off) inteqrasiya olunacaq. “Apple” şirkətinin belə qərar verməsi isə cihazın nazik olması ilə bağlıdır.
Qatlana bilən “iPhone” qapalı halda cəmi 9,5 mm qalınlığında olacaq. Bu özəlliyi də onu bu günə qədər ən nazik “iPhone” modeli edəcək.
Qatlana bilən “iPhone”də ikinci nəsil C2 modemi olacaq. Bu modem daha yüksək sürət təklif edəcək. Bundan əlavə, cihazlarda “SİM kart” yuvası olmayacaq. Telefon ancaq “eSIM”i dəstəkləyəcək.
İlk qatlana bilən model qara və ağ rəngdə təqdim ediləcək.
Yeni modelin rəsmi qiyməti məlumatı olmasa da, “Android” rəqiblərinin 1800 dollardan çox qiymətə satıldığını nəzərə alsaq, “Apple” şirkətinin daha aşağı qiymət təyin etməsi gözlənilmir.
12:10 / 14 Avqust 2026
8
11:59 / 14 Avqust 2026
27
11:59 / 14 Avqust 2026
33
11:54 / 14 Avqust 2026
89
11:45 / 14 Avqust 2026
33
11:35 / 14 Avqust 2026
336
11:30 / 14 Avqust 2026
37
11:20 / 14 Avqust 2026
55
11:20 / 14 Avqust 2026
35
11:04 / 14 Avqust 2026
43
11:00 / 14 Avqust 2026
68
10:50 / 14 Avqust 2026
58
10:50 / 14 Avqust 2026
53
10:45 / 14 Avqust 2026
59
10:40 / 14 Avqust 2026
58
10:37 / 14 Avqust 2026
76
10:28 / 14 Avqust 2026
50
10:25 / 14 Avqust 2026
59
10:20 / 14 Avqust 2026
52
10:16 / 14 Avqust 2026
70
10:13 / 14 Avqust 2026
64
09:55 / 14 Avqust 2026
58
09:47 / 14 Avqust 2026
489
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.