İtlər möhtəşəm canlılardır və insanların ən sadiq dostudur.
Oxu24.com Türkiyə mediasına istinadla bildirir ki, sizi nə qədər çox sevdiyini hər fürsətdə göstərən bu canlıları fərqləndirən cəhət sadəcə insanlara göstərdikləri sevgi və sədaqət deyil, bütün canlılara qarşı bəslədikləri sonsuz sevgidir.
Cənubi Koreyada bir fermada yaşayan Rookie adlı it qeyri-adi dostu olan sevgi dolu bir itdir. Rookienin ətrafında bir çox heyvan olmasına baxmayaraq onun ən yaxın dostu bir inəkdir.
Anası olmayan Rookie inək dostunu anası olaraq görür. Fermanın sahibi Rookie hələ balaca ikən onu sahibsiz bir şəkildə tapıb, sahiblənərək fermasına gətirib. Fermada çox sayda heyvanın içində Rookie özünə inəyi dost seçib. Amma maliyyə problemləri yaşayan fermer Rookienin dostu olan inəyi sattmağa məcbur olub.
Fermer “bu qərarı verdikdə qəlbim çox qırıldı” deyə bildirib. İnək dostunun getməsindən sonra Rookie həyata küsərək yas tutmağa başlayıb və yemək yeməkdən imtina edib.
Bir gün evdən qaçan Rookie qoxusunu izləyərək inək dostunu axtarmış və onu satıldığı yeni sahibinin tövləsində tapıb. İnəyi gördükdə sevincini gizlədə bilməyən Rookie quyruğunu yellədərək oynamağa başlayıb.
Rookienin sevincini görən və heyvanların ayrılığına dözə bilməyən sahibi onları yenidən bir araya gətirmək üçün inəyi satın alaraq evinə gət
irib.
Oxu24.com
ŞƏRHLƏR