Qaynar xətt:

(+99450) 247 90 86

Trampla uğursuz sammitdən sonra beş koreyalı diplomat edam olunub

2019-05/1559278374_08-51-02.jpg

DÜNYA

598

31.05.2019, 08:52

\"\" Hanoy şəhərində ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında baş tutmuş sammitdən sonra 5 dövlət məmuru, o cümlədən KXDR-in ABŞ məsələləri üzrə xüsusi nümayəndəsi Kim Hyek Çxol edam olunub.
 
“Bloomberg” bildirir ki, Pxenyanın tətbiq etdiyi bu ən ağır cəzanın verilməsinə səbəb ikinci sammitdə Donald Tramp və Kim Çen In arasında razılıq əldə olunmaması, sammitin uğursuz təşkil edilməsidir. 
 
Eyni zamanda bildirilir ki, Kim Çen Inın birinci köməkçisi Kim Yon Çxol uğursuz sammitdən sonra ağır islah əmək işləri ilə cəzalandırılıb.