Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir
19 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
859
18.07.2025, 14:31
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Moskva və Kiyev arasında danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyi ilə bağlı bəyanatını şərh edib.
Oxu24.com xəbər verir ki, Kreml sözçüsünə görə, bu yanaşmanı müsbət qiymətləndirmək olar.
"Bu, müsbət siqnaldır. Biz tamamilə razıyıq. Doğrudan da, biz həm də danışıqlar prosesinə dinamikanın əlavə edilməsinin tərəfdarıyıq", - Peskov brifinqdə deyib.
O, həmçinin vurğulayıb ki, “Rusiya Ukrayna ərazisində istənilən hərbi obyektləri, o cümlədən Qərb ölkələri tərəfindən yaradılan obyektləri qanuni hədəf hesab edir”.
Rusiya prezidentinin mətbuat katibi ABŞ-la münasibətlər mövzusuna da toxunub. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında danışıqlar prosesindən məyus olması ilə bağlı son açıqlamaları Moskva və Vaşinqton arasında ikitərəfli dialoqa ciddi təsir göstərmir.
"Bunlar fərqlidir: bir mövzu danışıqlar mövzusudur, digəri isə ikitərəfli münasibətlərimizdir", - Peskov qeyd edib.
O, həmçinin bildirib ki, hazırda Rusiya-Amerika münasibətlərini böhrandan çıxarmaq üçün “çətin proses” davam edir.
"Dialoq dialoqdur, hazırda münasibətlərimizi kifayət qədər acınacaqlı vəziyyətdən çıxarmaq üçün çətin proses gedir", - Kreml nümayəndəsi ABŞ ordusunun Avropa və Afrikadakı komandanı, general Kristofer Donahunun Kalininqradın mümkün ələ keçirilməsi ilə bağlı sözlərini şərh edərkən vurğulayıb.
Peskov Avropa İttifaqının yeni sanksiyalar paketini də şərh edib. Onun sözlərinə görə, Rusiya artıq məhdudiyyətlər altında həyata uyğunlaşıb və Qərbin təzyiqlərinə qarşı “immunitet” əldə edib. “Biz sanksiyalardan müəyyən immunitet qazandıq, sanksiyalar altında həyata uyğunlaşdıq.
Eyni zamanda Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya Aİ-nin birtərəfli sanksiyalarını qanunsuz hesab edir. "Hələlik biz Avropadan kifayət qədər ardıcıl anti-Rusiya xətti görürük. Biz dəfələrlə demişik ki, bu cür birtərəfli məhdudiyyətləri qanunsuz hesab edirik və onlara qarşıyıq", - Peskov yekunlaşdırıb.
Nigar
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.