Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə-İran sərhədində atışma:Ölənlər var

DÜNYA

572

29.05.2019, 16:00

\"\"  İranda Türkiyə sərhədi yaxınlığında PKK terror təşkilatının İran qolu olan PJAK-la İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri arasında qarşıdurma yaşanıb. ONA-nın Tehran bürosunun məlumatına görə, qarşıdurma dünən axşam saatlarında ölkənin şimal qərbində, Çaldıran mahalının Segrik kəndi yaxınlığında baş verib. Nəticədə SEPAH-ın zabiti İbrahim Axundzadə həyatını itirib. Sərhəddən İrana keçmək istəyən terrorçularla hərbçilər arasında çıxan qarşıdurmada daha bir neçə terrorçu məhv edilib. Həmçinin onlara məxsus texnika və rabitə vasitələri müsadirə edilib.