Qazaxıstanın paytaxtında Ali Avrasiya İqtisadi Şurasının iclası start götürüb. İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan liderləri iştirak edir.
Rusiya mətbuatının verdiyi məlumata görə, iclas Avrasiya İqtisadi İttifaqının yaradılmasının beş illiyinə təsadüf edir.
İclasın gedişində Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevə Ali Avrasiya İqtisadi Şurasının fəxri sədri adının verilməsi ilə bağlı qərar qəbul olunub.
Bir gün əvvəl Nursultan Nazarbayev Qazaxıstan paytaxtına gəlmiş qonaqlara yubiley münasibətilə öz adını daşıyan ordenlər verib. Məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyandan başqa, hamı ordenlə təltif olunub. Mükafatlandırma ilə bağlı prezident fərmanında onun adı yer almayıb.
Oxu24.com
ŞƏRHLƏR