ABŞ-də qaz anbarında güclü yanğın baş verib
17 Avqust 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
299
28.06.2025, 22:58
Yaponiyanın "Mitsubishi F-2” qırıcısı ilk dəfə ixrac üçün nəzərdən keçirilir - Filippin bu çoxfunksiyalı təyyarələri daha sərfəli qiymətə almaqda maraqlıdır.
Oxu24.com xəbər verir ki, "Defense Express”in ekspertlərinin fikrincə, bəziləri bu təyyarəni "F-16”nın versiyası saysa da, digərləri onu tamamilə müstəqil bir layihə hesab edir. Əsas məqam isə odur ki, Yaponiya ABŞ-dan daha üstün bir qırıcı yaratmağa nail olub.
ABŞ texnologiyası əsasında - amma fərqli yolla
1980-ci illərdə yapon mühəndislər müasir çoxfunksiyalı qırıcı JFX üzərində işə başlayıblar. Yaponiya Müdafiə Nazirliyi bu layihəyə ciddi tələb irəli sürmüşdü: təyyarə 4 gəmiəleyhinə raketlərlə birlikdə 724 kilometrlik döyüş radiusuna malik olmalı idi.
"Mitsubishi” şirkəti eyni zamanda Avropa layihələrini də izləyirdi: Məsələn, JF-210 layihəsi, təkmilləşdirilmiş "Gripen”ə bənzəyirdi.
Qısa müddətə çox sayda texniki məsələni həll etmək çətin olduğundan, həmçinin Yaponiya Müdafiə Nazirliyinin yerli layihələrə inamsızlığı – bəzilərinin fikrincə, ABŞ-ın təzyiqi nəticəsində – Yaponiya mövcud layihələrə əsaslanan ortaq həll axtarışına çıxıb. Seçimlər arasında "Panavia Tornado”, "F/A-18” və "F-16” var idi. Nəticədə ABŞ-la birgə "F-16” əsasında layihə üzərində razılaşma əldə olunub.
1988-ci ilin noyabrında imzalanmış müqaviləyə əsasən, ABŞ "F-16” texnologiyalarını Yaponiyaya ötürür və layihənin 45%-lik payına sahib olurdu. Bu razılaşma həm ABŞ-da, həm də Yaponiyada tənqid olunub.
Texnoloji qorxular və siyasət balansı
Amerikalı mütəxəssislər texnologiya sızması və öz əlləri ilə güclü bir rəqibin yaradılmasından narahat idilər. ABŞ Konqresi Yaponiyanın, əvvəlki "F-15”, "F-4” və "F-104” modellərində olduğu kimi, sadəcə yerli montaj hüququ ilə ABŞ təyyarələri almasını israr edirdi.
Digər tərəfdən, yaponlar ABŞ tərəfinin müqavilədə tələb etdiyi açıqgörüşlü giriş hüququndan narazı idilər. ABŞ öz texnologiyalarını hərtərəfli istifadə etməyə imkan əldə edərkən, yaponlar Amerika qərarlarına görə ödəniş etməli və proqram təminatı, o cümlədən silah idarəetmə sistemlərinə çıxışda məhdudiyyətlərə razılaşmalı idilər. Bu addımlar ABŞ-ı qıcıqlandırmamaq məqsədilə qəbul olundu. Daha sonra amerikalıların layihədəki payı 40%-ə endirilib.
Yaponiyanın "F-2" layihəsi "F-16C Block 40” modelinə əsaslansa da, faktiki olaraq "F-16 Agile Falcon” adlı reallaşdırılmamış versiyaya daha yaxındır. Bu versiya 25% daha iri gövdə, yenilənmiş aviyonika və təkmilləşdirilmiş mühərrik ilə planlaşdırılmışdı.
Layihə yeni kompozit materiallar və struktur həlləri sayəsində xeyli dəyişdirildi və nəticədə "F-2" daha yüngül olub. Çertyojların 95%-i "F-16”dan fərqlənirdi və gövdədə radio-uducu materiallardan istifadə olunmuşdu.
Yapon mühəndislər yeni elektriklə idarəetmə sistemini yaradılbar və təyyarənin avadanlıqları tamamilə yenidən qurulub. Ən mühüm nailiyyət isə dünyada ilk dəfə döyüş təyyarəsində istifadə olunan AESA tipli radardır – "J/APG-1”. Qeyd edək ki, ABŞ-ın "F-22” qırıcısındakı "AN/APG-77” radarı iki il sonra havaya qalxmışdı.
Layihənin icrasına 1990-cı ilin martında başlanmış, 1992-ci ilin iyulunda real ölçülü model təqdim olunmuşdu. İlk prototip 7 oktyabr 1995-ci ildə sınaq uçuşuna çıxmış, ikinci prototip isə cəmi 68 gün sonra havaya qalxmışdı.
1996-cı ilin iyulunda seriyalı istehsala qərar verilib və ilk təyyarə 2000-ci ilin sentyabrında təhvil alınıb. Ümumilikdə 98 ədəd təyyarə (4 prototip daxil olmaqla) sifariş edilib. Sonuncu F-2 isə 2011-ci ilin sentyabrında hazırlanıb. Halbuki ilkin plan 141 ədəd idi.
Performans və imkanlar fərqi
Yapon "F-2" qırıcısı "F-16C Block 40”dan ağır olsa da – maksimum qalxış çəkisi 22,1 ton (əvəzində 19,2 ton) – daha güclü mühərriklə (131 kN əvəzinə 127 kN) təchiz olunmuşdu. Üstəlik, döyüş radiusu 833 km idi, bu da "F-16”nın 550 km göstəricisindən xeyli irəlidir.
Ən əsas fərq texnoloji üstünlüklərdədir. Ekspertlərin fikrincə, "F-2"nin bəzən "F-16”nı texniki baxımdan yalnız "Block 60” versiyası, yəni 2003-cü ildən istifadəyə verilmiş "AN/APG-80” AESA radar sisteminə malik təkmilləşdirilmiş versiya ilə tutmaq mümkün olub.
"F-2" həmçinin Yaponiya istehsalı olan AAM-3 və AAM-5 qısa mənzilli, AAM-4 isə orta mənzilli raketlər ilə təchiz edilib.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.