Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13750
az

İran ABŞ gəmilərini məxfi silahla hədələdi

11:2226 May, 2019
732
  • A
 
İran Fars körfəzinə daxil olan ABŞ hərbi gəmilərini “tamamilə məxfi” silahı vasitəsilə “dənizin dibinə yollaya” bilər.

Oxu24.com  “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərinin yüksək vəzifəli müşaviri Murtəza Korbani deyib.


Korbani “Mizan” agentliyinə bildirib ki, regiona ABŞ-ın iki gəmisi gəlib və əlavə edib: “ABŞ səhvə yol verdiyi təqdirdə, biz iki raket, tam məxfi iki yeni silah vasitəsilə Amerikanın iki hərbi gəmisini bütün heyəti və təyyarələri ilə birlikdə dənizin dibinə yollayacağıq”.

Xatırladaq ki, son ay ərzində ABŞ və İran arasında münasibətlər gərginləşib. Amerika tərəfi İran iqtisadiyyatının başlıca sahələrinə sərt sanksiyalar tətbiq edib. Vaşinqton belə bir addımı atmaqda məqsədin İran İslam Respublikasının  “davranışının dəyişdirilməsi”olduğunu bəyan edib. Bununla yanaşı, ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunu da terror təşkilatı elan edib. Buna cavab olaraq, İran ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığını (CENTCOM) terror təşkilatı, ABŞ-ın özünü isə “terrorizmə sponsorluq edən ölkə” adlandırıb.

Bundan sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan etmişdi ki, Ştatlar İran sahillərinə “Avraam Linkoln” hərbi gəmisini göndərəcək. Onun sözlərinə görə, bu, İran rejiminə ABŞ-ın maraqlarına cavab verməyən addımlar atmamaq üçün açıq siqnal olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ rəsmiləri zorla işdən çıxarıla bilər
İtkilər çoxdur, hücum səngiyib
Rusiya hərbçiləri Kursk vilayətində pilotsuz uçan aparatı məhv ediblər

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb