Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
420
21.05.2025, 18:46
Çində həkimlər nadir və maraqlı bir tibbi hadisə ilə qarşılaşıblar. 24 yaşlı bir qadın qəfildən ingilis dilində danışmaq qabiliyyətini itirib.
Oxu24.com xəbər verir ki, qadın əvvəlcə özünü pis hiss edib və güclü baş ağrıları yaşayıb. Quançjou şəhərində yerləşən Quandun əyalət xəstəxanasının neyrocərrahiyyə şöbəsinin müdiri Van Fenin sözlərinə görə, qadın mandarin və kanton dialektlərində sərbəst danışmağa davam etsə də, ingilis dilində ünsiyyət bacarığını tamamilə itirib.
Başlanğıcda həkimlər bu halı beyin şişi ilə əlaqələndirsələr də, MRT müayinəsi nəticəsində qadının beyninin sol nahiyəsində qanaxma aşkarlanıb. Məhz bu qanaxma, beynin dil funksiyalarına cavabdeh hissəsində baş verdiyi üçün, onun yalnız ingilis dili bacarığına təsir göstərib.
Keçirilən neyrocərrahiyyə əməliyyatı uğurla nəticələndikdən sonra qadın ingilis dilində danışmaq qabiliyyətini bərpa edib və xaricdəki təhsilinə davam edə bilib.
Hadisə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Bir çox istifadəçi bu vəziyyətə yumorla yanaşaraq zarafatlar yazıblar:
"Doktor, mənə də alman dili üçün belə bir əməliyyat edə bilərsinizmi?" - deyə bir istifadəçi bildirib.
Bu qeyri-adi hadisə beynin dil funksiyalarının nə qədər həssas və mürəkkəb olduğunu bir daha xatırladır.
19:50 / 19 Avqust 2026
42
19:27 / 19 Avqust 2026
53
17:59 / 19 Avqust 2026
77
17:50 / 19 Avqust 2026
77
17:32 / 19 Avqust 2026
88
17:12 / 19 Avqust 2026
92
16:49 / 19 Avqust 2026
86
16:38 / 19 Avqust 2026
74
16:19 / 19 Avqust 2026
92
15:59 / 19 Avqust 2026
85
15:56 / 19 Avqust 2026
67
15:54 / 19 Avqust 2026
113
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
108
15:30 / 19 Avqust 2026
86
15:11 / 19 Avqust 2026
100
15:10 / 19 Avqust 2026
83
14:50 / 19 Avqust 2026
84
14:49 / 19 Avqust 2026
93
14:44 / 19 Avqust 2026
112
14:30 / 19 Avqust 2026
106
14:24 / 19 Avqust 2026
85
14:18 / 19 Avqust 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.