Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
303
19.05.2025, 14:35
Rusiyada 20 milyon rublun (419 420 manat) yuyulmasında ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənov, barəsində cinayət işi açılmamışdan əvvəl “Moskva-Siti”dəki mənzilini satmağa çalışıb.
Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Onun, həmçinin Rusiyadan 100 milyon rubl (2,1 milyon manat) pulu çıxarmağa cəhd etdiyi qeyd olunur.
Bildirilir ki, milyonlarla izləyicisi olan bloqer “Neva Towers”də 44-cü mərtəbədə gözəl panoraması olan dəbdəbəli mənzildə yaşayıb və videolarını orada çəkib. Rusiyanı tərk etməzdən əvvəl Moskvadakı əmlaklarından birini satıb və bir mənzilini isə ayda təxminən 750 min rubla (təxminən 16 min manat) icarəyə verib.
Nəşr yazır ki, vergi orqanları ilə problem yaşamağa başlayanda bloqer bazar dəyəri təxminən 50 milyon rubl (1,1 milyon manat) olan “Rolls-Royce Cullinan” avtomobilini tez satıb, daha sonra dəbdəbəli mənzilini satışa çıxarıb, lakin alıcı tapa bilməyib.
Məlumata görə, barəsində 170 milyon rubl (3,6 milyon manat) məbləğində vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılan Həsənovun yerdə qalan əmlakına məhkəmə icraçıları tərəfindən həbs qoyula bilər.
Qeyd edək ki, çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu 7 ilə qədər həbs gözləyir.
H. Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, ara-sıra Azərbaycana da gəlirdi.
21:40 / 19 Avqust 2026
1
21:17 / 19 Avqust 2026
9
20:59 / 19 Avqust 2026
43
20:04 / 19 Avqust 2026
50
19:50 / 19 Avqust 2026
62
19:27 / 19 Avqust 2026
77
17:59 / 19 Avqust 2026
87
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
99
17:12 / 19 Avqust 2026
102
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
90
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
118
15:45 / 19 Avqust 2026
88
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
89
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
89
14:49 / 19 Avqust 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.